Məhkəmə

Rüfət Səfərov: “Tamahkar olsaydım, indi yüksək vəzifədə idim”

26 fevral, 2025
753

sosial media

Fevralın 25-də Binəqədi rayon məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılmasından ötrü verdiyi vəsatətə baxılıb. 

Vəkillər hüquq müdafiəçisinin yaşadığı yerin bilindiyini, həbsdə saxlanmasına, istintaqdan yayınacağına əsaslı şübhənin olmadığını bildiriblər. Onlar, həm də R.Səfərovun cinayət törətməsinə dair heç bir dəlil-sübutun olmadığını dilə gətiriblər.

R.Səfərov da çıxışında ona verilən dələduzluq ittihamının saxta olduğunu və vaxtilə prokurorluqda müstəntiq işlədiyini, amma bu sistemdə yaşananları gördüyündən vəzifəsindən könüllü şəkildə imtina etdiyini yada salıb: "Mən tamahkar olsaydım, prokurorluqda qalardım, indi də yüksək vəzifələrdə idim. İndi mənə gülməli ittihamlar verirlər, guya tamah niyyətiylə dələduzluq eləmişəm. Qırmızı imperiyanın repressiyalarının tüğyan etdiyi vaxtında xeyli hakim və prokurorlar güllələnmişdi. Səbəb onların qanunsuz təqib əmrlərini yerinə yetirməkdən imtina etmələri olmuşdu. Təəssüf ki, bu gün bizim məhkəmə-hüquq sistemindən buna cəsarət edəcək nümunə görə bilmirik”.

Hakim Rüfət Səfərov barəsindəhəbs-qətimkan tədbirini ev dustaqlığıyla əvəzləməkdən imtina edib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

Rüfət Səfərov dekabrın 3-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.

Həmin şəxslə dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.

Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17.00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo