Məhkəmə

Rüfət Səfərovun məhkəməsində ittiham aktı oxunub
 

14 iyul, 2025
273

Foto: VOA

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun ittiham olunduğu cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, iyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Səfərovun vəkili vəsatət verib. O, müdafiəçisinin istintaq təcridxanasına daxil olarkən müayinə edilməsi ilə bağlı sənədin təqdim edilməsini istəyib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda iddia olunub ki, Səfərov Novxanı qəsəbəsində bağ satmaq qarşılığında zərərçəkən qismində çıxış edən Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb. Daha sonra Səfərovun bağı vermədiyini görən İmanquliyevin onun qarajına gələrək mübahisə etdiyi, bu zaman Səfərovun onu yaraladığı iddia olunub.

İttihamı qəbul etməyən hüquq müdafiəçisi bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. O, İmanquliyevi ilk dəfə dekabrın 3-də, polis tərəfindən saxlanıldığı  gün gördüyünü deyib.

Məhkəmə prosesi sentyabrın 8-dək təxirə salınıb.

Rüfət Səfərov 2024-cü ilin dekabrın 3-də həbs olunub.

O, Cinayət Məcəlləsinin dələduzluq və xuliqanlıq maddələrilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo