Məhkəmə

"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

14 İyul, 2026
19

açıq mənbə

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib.

Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı Ocaqverdiyevin iddiasını təmin etməyib. Mənəvi ziyana görə isə ona 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarılıb. 

Hakim Əfsanə Heydərova qərarı hadisədən xeyli vaxt keçməsi ilə əsaslandırıb. "Müəyyən müddətin keçməsi ilə mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”, - qərarda qeyd olunub. 

Daha öncə məhkəməyə müraciət etmiş R.Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyevaya da 50 min manat təzminat kəsilmişdi. 

Bakı Hərbi Məhkəməsi R.Ocaqverdiyevin Tərtər hadisələrində işgəncə nəticəsində öldürülməsini təsdiqləyib. Hadisələr zamanı o, hərbi hissədə tağım komandirinin müavini olub. 

2017-ci ilin may-iyun aylarında Tərtərdə kütləvi işgəncələr nəticəsində 11 əsgər və zabit həyatını itirib. 

2021-ci ildə “Tərtər işi”nin istintaqı yeniləndikdən sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. 13 hərbçi isə işgəncə vermək ittihamı ilə həbs olunub.

Zərərçəkənlər isə həbs olunanların sadəcə əmr yerinə yetirdiyini bildirir, hadisələrin əsl təşkilatçılarının cəzalandırılmasını tələb edirlər. 

Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxov, hərbi prokuror Xanlar Vəliyev və başqaları var. Lakin istintaq və məhkəmə bu şəxsləri dindirmələrə cəlb etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Ruslan İzzətli oğluna: “Sənin və həmyaşıdlarının azad yaşaması üçün hər cəzaya hazıram"

14 İyul 2026

Sosial media

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətliyə son söz haqqı verilib. O, son söz əvəzinə oğluna yazdığı məktubu səsləndirib. Ruslan İzzətlinin məktubunu olduğu kimi təqdim edirik. Əziz oğlum, sənə ilk məktubu birinci sinfə ilk addımını atan gün yazmışdım. Həmin məktubdan iki il keçib. İndi 3-cü sinfə hazırlaşırsan. Həbsxanadan yazdığım müraciətlərimin birində qeyd etmişdim ki, iş masanıza və ya telefonunuzun ekranına övladınızın şəklini qoyun. Atacağınız hər addımı onların gözünə baxaraq atın. Elə yaşayın, elə addımlar atın ki,...
Məhkəmə

Akif Qurbanov: “İlham Əliyev Qurana, konstitusiyaya əl basır, sonra hüquqların pozulmasını tapşırır”

13 İyul 2026

Toplum TV

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ittihama etiraz etmək üçün çıxış edib. O, bir daha cinayət işinin siyasi sifarişli olduğunu bildirib.  “Baş prokuror Kamran Əliyev İlham Əliyevin bir sözünü iki eləmir. Bu baxımdan, burada dövlət ittihamçısı mövqeyində çıxış edən Rauf Malışovun da çıxışında hüququn aliliyini rəhbər tutmaması təəccüb doğurmur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə hüququn aliliyinin qorunması barədə öhdəliklər götürüb, Əliyev administrasiyası onları yerinə yetirməkdən açıq yayınır”,...

Seçilmiş Videolar

Toplum TV loqo