Məhkəmə

Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib

26 Dekabr, 2024
362

Amnesty International

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin işi üzrə məhkəmə istintaqı davam edir. Dekabrın 26-da  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyilə keçirilən iclasda Qasımovun vəkili Fuad Ağayev müvəkkilinin dərhal azadlığa buraxılması üçün vəsatət təqdim edib. Hakim vəsatəti təmin etməyib. 
Sonra Fazil Qasımov səhhətindəki problemlərə görə Bakıdakı özəl tibb müəssisələrindən birində almaniyalı həkimlər tərəfindən müayinə edilməsilə bağlı vəsatət qaldırıb. Bu vəsatət də təmin olunmayıb. 
Hakim təqsirləndirilən şəxs Anar Əliyevə sərbəst ifadə verməyi təklif edib. Əliyev bildirib ki, ona verilən saxta valyuta ittihamıyla razılaşmır, amma odlu silahla bağlı  ittihamı qəbul edir: “İbtidai istintaqdakı ifadəmi təsdiqləyirəm. Orda nə yazmışamsa, odur. Qubad İbadoğluyla görüşmüşəm, pul götürmüşəm. Fazil Qasımovu isə ilk dəfə bu məhkəmədə görmüşəm. Mənimlə “Whatsap”-ın  görüntülü zəngində danışan adam bu deyildi. Özünü Fazil kimi təqdim edən şəxs qarasaç və kök adam idi. O ki qaldı silaha, özümün olub”. 
Əliyev dövlət ittihamçısının sualına cavab olaraq deyib ki, onu Qubad İbadoğlu ilə uzun illər əvvəl bir dostu, indi yadına sala bilmədiyi hansısa işlə bağlı tanış edib. Sonralar rastlaşmayıblar. 2023-cü ilin iyulunda özü İbadoğluna zəng vuraraq onunla görüşmək istədiyini bildirib: ““Baksovet” tərəfdə, bir kafedə görüşdük. Ona işsiz olduğumu dedim, xahiş etdim ki, mənə iş tapmaqda kömək etsin. Dedi ki, artıq Azərbaycana qayıdıb, burda şirkət qurur, mənə də bir iş verəcək”.  
Əliyev dövlət ittihamçısının növbəti sualına cavabında Qubad  İbadoğlu ilə ikinci görüşündə ondan pul aldığını bildirib: “Dedi ki, sənə bir iş tapşırıram. Qafqaz Universitetini bitirən adamları tap, mənə yönləndir. Sentyabr-oktyabr aylarında şirkətim işə başlayacaq. Həmin adamları şirkətə işə götürəcəm. Tapşırdı ki, özümə bu işdə köməkçi adamlar da götürüm ki, iş sürətli getsin, adamları tez tapaq. Mənə 11 min dollar verib dedi, bu işdə sənə kömək edəcək adamlara hər tapdıqları işçiyə görə 200 dollar zəhməthaqqı verərsən. Bu pulla idarə elə, gələcəkdə yenə pul verəcəm. Ancaq axtarsaq da, belə adamlar tapa bilmədik”. 
Prokuror: - Bəs pulları neylədiz? 
Anar Əlyev: - Bu işə cəlb etdiyim iki nəfərin hərəsinə 500 dollar verdim. 3 min dollar öz ehtiyaclarıma xərcləmişəm. 7000 dolları evdə gizlətmişdim. Başqa vaxt verilmiş 1000 dollardan 400 dolları polislər tərəfindən saxlanılanda üstümdə olub, qalan 600 dollar isə evdə, Qubad İbadoğlunun verdiyi kitabın arasındaydı. 
Əliyev deyib ki, ona verilmiş dollarların saxta olduğunu bilməyib: “1000 dolları verəndə demişdi bunu xərclə, yenə verəcəm. Saxta olmasını bilməmişəm”. 

Prokurorun Fazil Qasımovla bağlı sualına Anar Əliyev belə cavab verib: “Məni Fazil adlı şəxslə Qubad İbadoğlu tanış edib. Bir dəfə “Whatsap”-da konfrans-görüş keçirtdi, Fazil adlı şəxs də qoşulmuşdu. Qubad müəllim mənə tapşırdı ki, özü Azərbaycanda olmayanda hər məsələdə Fazilə zəng vurub kömək istəyə bilərəm. Fazilə də bu barədə tapşırıq verdi. Amma o Fazil bu Fazil deyildi. Qarasaç, kök adam idi. Mən bu Fazili ilk dəfə burda görmüşəm”. 
 Əliyev qanunsuz odlu silahıyla bağlı epizod barədə qısa danışıb. Bildirib ki, “TT” markalı tapançanı 2000-ci ildə tapıb, polisə təhvil verməyərək özündə saxlayıb. 
Vəkil Fuad Ağayev deyib ki, Əliyev ibtidai istintaqa ifadəsini beş dəfə dəyişib və hazırda həmin ifadələrdən konkret hansını təsdiqlədiyi məlum deyil. Əliyevsə bildirib ki, istintaqdakı bütün ifadələrini təsdiqləyir.
Yanvarın 9-da davam edəcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxs Əliyev vəkillərin suallarını cavablandıracaq. 

Xatırlatma

Daha əvvəl Türkiyədə yaşayan Fazil Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.
Qubad İbadoğlu ötən ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. May ayında isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. 
Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrı icraatda araşdırılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar  

25 Dekabr 2024

Af.mil

“Qadın jurnalistlərin çantaları kişilərin gözü qabağında alt paltarına kimi yoxlanılır” Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan müttəhimlərdən biri burda baş verənlərin ictimailəşdirilməsini istəyib. Onun Toplum TV-yə göndərdiyi məktubda təcridxanada işgəncələrdən, müayinə otaqlarındakı şəraitsizlikdən, həkimlərin etinasızlığından, üstəlik burda saxlanılan qadın jurnalistlərin şəxsi həyatına sayğısızlıqdan danışılır.    O bildirir ki, noyabrın ortalarında adını bilmədiklərini bir Türkiyə vətəndaşının 2-ci korpusun birinci mərtəbəsində yerləşən karsda əllərini qandallayıb dörd nəfər döyüb. “Bir neçə dəfə adam avazı çıxdığı qədər “İmdat, imdat! Yardım edin! Türk kardeşinizi dövüyorlar! Bir türke zulm ediyorlar!”qışqırırdı”. Göndərilən məktubda Türkiyə vətəndaşının sonrakı aqibəti haqda heç nə deyilmir. Həmin şəxs jurnalistlərin bu məsələni ictimailəşdiməsini istəyir.   O,...
Məhkəmə

Fransaya casusluq etməkdə ittiham edilən iki nəfərin məhkəməsi başlayır

24 Dekabr 2024

açıq mənbədən götürülüb

Fransaya casusluqda ittiham edilən Martin Ryan barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xəbəri APA yayıb.  Məhkəmə prosesinə hakim Elmin Rüstəmovun sədrlik edəcəyi deyilir.  “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryan 2023-cü il dekabrın 4-də həbs olunub və ona qarşı casusluq ittihamı irəli sürülüb.  Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin  “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bildirilir.  

Seçilmiş Videolar

Toplum TV loqo