Məhkəmə

Fransaya casusluq etməkdə ittiham edilən iki nəfərin məhkəməsi başlayır

24 Dekabr, 2024
36

açıq mənbədən götürülüb

Fransaya casusluqda ittiham edilən Martin Ryan barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri APA yayıb. 

Məhkəmə prosesinə hakim Elmin Rüstəmovun sədrlik edəcəyi deyilir. 

“Merkorama” MMC-nin baş direktoru olan Martin Ryan 2023-cü il dekabrın 4-də həbs olunub və ona qarşı casusluq ittihamı irəli sürülüb. 

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin  “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bildirilir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib

26 Dekabr 2024

Amnesty International

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin işi üzrə məhkəmə istintaqı davam edir. Dekabrın 26-da  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyilə keçirilən iclasda Qasımovun vəkili Fuad Ağayev müvəkkilinin dərhal azadlığa buraxılması üçün vəsatət təqdim edib. Hakim vəsatəti təmin etməyib.  Sonra Fazil Qasımov səhhətindəki problemlərə görə Bakıdakı özəl tibb müəssisələrindən birində almaniyalı həkimlər tərəfindən müayinə edilməsilə bağlı vəsatət qaldırıb. Bu vəsatət də təmin olunmayıb.  Hakim təqsirləndirilən şəxs Anar Əliyevə sərbəst ifadə verməyi təklif edib. Əliyev bildirib ki, ona verilən saxta valyuta ittihamıyla razılaşmır, amma odlu silahla bağlı  ittihamı qəbul...
Məhkəmə

Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar  

25 Dekabr 2024

Af.mil

“Qadın jurnalistlərin çantaları kişilərin gözü qabağında alt paltarına kimi yoxlanılır” Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan müttəhimlərdən biri burda baş verənlərin ictimailəşdirilməsini istəyib. Onun Toplum TV-yə göndərdiyi məktubda təcridxanada işgəncələrdən, müayinə otaqlarındakı şəraitsizlikdən, həkimlərin etinasızlığından, üstəlik burda saxlanılan qadın jurnalistlərin şəxsi həyatına sayğısızlıqdan danışılır.    O bildirir ki, noyabrın ortalarında adını bilmədiklərini bir Türkiyə vətəndaşının 2-ci korpusun birinci mərtəbəsində yerləşən karsda əllərini qandallayıb dörd nəfər döyüb. “Bir neçə dəfə adam avazı çıxdığı qədər “İmdat, imdat! Yardım edin! Türk kardeşinizi dövüyorlar! Bir türke zulm ediyorlar!”qışqırırdı”. Göndərilən məktubda Türkiyə vətəndaşının sonrakı aqibəti haqda heç nə deyilmir. Həmin şəxs jurnalistlərin bu məsələni ictimailəşdiməsini istəyir.   O,...

Seçilmiş Videolar

Toplum TV loqo