Məhkəmə

Ülviyyə Əlinin anası: Xəsarətlərin izi itsin deyə müayinəsi gecikdirilir

15 May, 2025
224

sosial media

Jurnalist Ülviyyə Əlinin (Quliyeva) saxlanılarkən zorakılığa məruz qalması ilə bağlı verilən vəsatətə baxış gecikdirilir. 

Bu barədə jurnalistin anası İlhamə Quliyeva Toplum TV-yə deyib. 

O bildirib ki, vəkil Ü.Əlinin həkim müayinəsindən keçməsi üçün vəsatət verib, lakin ona baxış qəsdən gecikdirilir ki, xəsarətlərin izi itsin. 

Quliyeva qeyd edib ki, qızı saxlanıldığı gün polislər tərəfindən döyülüb və başından zərbələr alıb, buna görə də müvəqqəti saxlanma yerində və Bakı İstintaq Təcridxanasında bir neçə dəfə qusub.

O əlavə edib ki, Ü.Əli artıq bir həftədən çoxdur baş ağrılarından əziyyət çəkir və təcridxanada onun müayinədən keçməsi üçün şərait yoxdur. 

Jurnalist Ülviyyə Əli mayın 7-ə keçən gecə saxlanılıb. 

Vəkili Elvin Ələmovun sözlərinə görə, Ülviyyə Əlinin evində axtarış aparılarkən 6 min avro aşkarlanıb. Jurnalist pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən yerləşdirildiyini bildirib. 

Ülviyyə Əli “Meydan TV işi” ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəhruz Səmədov ölüm aclığına başlayıb 

21 İyun 2025

Foto: sosial media

Həbsdə olan sülh fəalı və tədqiqatçı Bəhruz Səmədov dövlət ittihamçısının ona 16 il həbs istəməsinə etiraz olaraq ölüm aclığına başlayıb.  Bu barədə onun yaxınları Toplum TV-yə bildirib.  Mənbə qeyd edir ki, Səmədov bu gün saxlandığı təcridxanaya gətirilən ərzaqları qəbul etməkdən imtina edib və 3 gündür aclıq etdiyini bildirib.  Səmədovun işi üzrə iyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Bəhruz Səmədova 16 il həbs cəzası istəyib. Növbəti proses iyunun 23-ə təyin edilib. Ehtimal edilir ki, bu Səmədovun son məhkəməsi prosesi olacaq, o, son sözlə çıxış edəcək.  Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs...
Məhkəmə

“Abzas”çılara hökm oxundu 

20 İyun 2025

Foto: Abzas Media

“Abzas Media işi”  üzrə son məhkəmə prosesi baş tutub.  İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.  Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.  Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər. Jurnalistlər ittihamlarl qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo