Məhkəmə

"Tərtər işi” üzrə mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib

2 Noyabr, 2022
2019

Açıq mənbələrdən götürülüb

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb.

https://toplum.tv/mehkeme/tenderden-gelen-pullar-nece-yoxa-cixib-qadin-serlendiyini-iddia-edir

Bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo