Sosial

“Tərtər işi”: 300 min manat təzminat tələb edən zərərçəkənə 10 min manat kəsilib

30 Aprel, 2026
155

Toplum TV

Validə Əhmədovanın oğlu Elçin Quliyev 2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə işgəncələrlə öldürülüb. 2024-cü ildə isə Nəsimi Rayon Məhkəməsi Əhmədovaya mənəvi zərərə görə 10 min manat təzminat kəsib.

Aprelin əvvəlində də məhkəmə həmin hadisələr zamanı bir ay işgəncə gördüyünü deyən hərbçi Vüsal Abdullayevə 16 min manat təzminat ödənilməsinə qərar verib. O, iddia ərizəsində 300 min manat təzminat tələb edirdi.

V.Əhmədovanın şikayətindən sonra isə Apellyasiya Məhkəməsi təzminatı 60 min manata qaldırıb, Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb. V.Əhmədova “Toplum TV”-yə deyir ki, borclarını qarşılamaq üçün təzminatla razılaşmalı olub.

“Əslinə qalsa, 60 min yox, milyonlar da ödəsələr, bizə dəyən mənəvi zərəri ödəyə bilməz. Ən azından, heç o təzminatı verməyəydilər, amma məndən ana kimi üzr istəyəydilər dövlət səviyyəsində”, - o qeyd edib.

Yerli məhkəmələr “Tərtər işi” üzrə uzunmüddətli həbsdə qalmış zərərçəkənlərə 120-200 min manat, 3 ilə qədər həbsdə qalanlara isə 30-35 min manat aralığında təzminat kəsir. Həbs olunmayan, lakin həmin hadisələr zamanı işgəncələrlə üzləşmiş şəxslərə isə işgəncəyə məruz qaldığı hər günə görə 500 manat ödənilir.

“Elə insanlar da var ki, prokurorluq onların işgəncə gördüyü günlərin sayını azaldıb. Təsəvvür edin, Tural Kazımov nə işgəncələr görmüşdü. O qədər işgəncələrin qarşılığında ona min manat təzminat kəsmişdilər”, - V.Əhmədova xatırladıb.

V.Əhmədova düşünür ki, hakimiyyətin zərərçəkənlərə olduqca fərqli məbləğlərdə təzminatlar vermsi onların arasındakı birliyi zəiflətmək məqsədi güdüb.

“Bilirsiniz ki, “Tərtər işi” zərərçəkənlərinin hamısı bir idi, onların hamısı Baş Prokurorluğun əli ilə dağıdıldı, parçalandı. Birinə artıq, birinə az təzminat verməklə”, - o əlavə edib.

“Tərtər hadisələri”ni araşdıran istintaq 2021-ci ildə yenilənmiş, Elçin Quliyev də daxil olmaqla dövlətə xəyanətdə ittiham olunmuş bir sıra şəxslər bəraət almışdı. Azərbaycan Xalq Parlamentinin dönəm sədri, siyasi şərhçi Ərəstun Oruclu isə deyir ki, hakimiyyətin “Tərtər işi” ilə bağlı səhvini düzəltməsi üçün hələ edəcəyi çox şey var.

“Tələblər bəllidir. Azərbaycan parlamenti deyilən qondarma Milli Məclis müvafiq qətnamə qəbul edir, cinayətkar cəzalandırılır, Azərbaycan xalqından üzr istənilir, təzminatlar ödənilir, minlərlə hərbçi işinə bərpa olunur. Onlar hərbi xidmətdən hərbi uyğunsuzluğa görə təxris olunub, mülki həyatda da iş tapa bilmirlər”, - o bildirib.

“Tərtər işi”nin istintaqı yeniləndikdən sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. 13 hərbçi isə işgəncə vermək ittihamı ilə həbs olunub.

Zərərçəkənlər isə həbs olunanların sadəcə əmr yerinə yetirdiyini bildirir, hadisələrin əsl təşkilatçılarının cəzalandırılmasını tələb edirlər. Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxov, hərbi prokuror Xanlar Vəliyev və başqaları var. Lakin istintaq və məhkəmə bu şəxsləri dindirmələrə cəlb etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo