“Tərtər işi”ndə adı hallanan Şəfahət İmranov Abşerona prokuror təyin edilib
Foto: Baş Prokurorluq
Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun məlumatında deyilir ki, təyinatla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Həmçinin, hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru postuna təyin edilib. Hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və onlara “Baş ədliyyə müşaviri” xüsusi rütbəsi verilib.
Hərbi prokurorunun müavini olmuş Şəfahət İmranovun adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi kimi bilinən “Tərtər işi”ndə hallandırılırdı.
2017-ci ildə Azərbaycanda yüzlərlə hərbi qulluqçu “dövlətə xəyanət” ittihamı ilə istintaqa cəlb edilib və onların bir qismi müxtəlif cəzalara məhkum olunub. İstintaq prosesi zamanı bəzi hərbi qulluqçuların işgəncə nəticəsində həyatını itirdiyi bildirilir. 2021-ci ilin dekabrında şərti olaraq “Tərtər işi” adlandırılan istintaq yenidən başladıqdan sonra ümumilikdə 452 nəfər zərərçəkmiş kimi tanınıb.
İşgəncə vermə faktları üzrə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən üç ayrı qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib və onlara müxtəlif hökmlər çıxarılıb. Lakin təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları qəbul etməyib.
Bununla yanaşı, işgəncə nəticəsində öldüyü deyilən hərbi qulluqçuların ailə üzvləri iddia edirlər ki, əsas məsul şəxslər hələ də cəzalandırılmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”