AzərTac
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub.
Bu barədə sentyabrın 5-də Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, şübhəlilər Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilirlər. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
https://toplum.tv/multimedia/terter-isi-uzre-zererceken-telebimiz-hikmet-hesenovun-tutulmasidir
Baş Prokurorluğun daha bir məlumatına görə, "Tərtər işi" ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib.
Bildirilib ki, işin araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Xatırlatma
"Tərtər işi" kimi bilinən cinayət hadisələri 2016-cı il Ermənistanla 4 günlük aprel toqquşmalarından sonra baş verib. Satqınlıqda və casusluqda ittiham edilən şəxslər ya ağır işgəncələrə məruz qalıblar, ya da qətlə yetiriliblər.
Bəzi hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 11 nəfər işgəncə nəticəsində ölüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”