Siyasət

Avropa Məhkəməsi "Tərtər işi" ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib 

1 May, 2026
314

Açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Tərtər işi" ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, sorğu 2017-ci ildə Tərtərdə işgəncələr nəticəsində həyatını itirmiş hərbçilərin ailə üzvlərinin şikayəti əsasında göndərilib. 

Polkovnik Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarova və hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova müraciətlərində bildirib ki, yaxınlarının ölümünə görə beş nəfər məsuliyyətə cəlb olunub və onlara 5-6 il aralığında həbs cəzaları verilib, bu isə onları qane etmir. 

N.Qafarova və V.Əhmədova ərizələrində Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncə və qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu iddia ediblər. Onlar bildiriblər ki, yerli istintaq və məhkəmə orqanları effektiv araşdırma aparmayıb və bu cinayətlərdə birbaşa əli olan və hadisələrə görə məsuliyyət daşıyan şəxslərin hamısı cəzalandırılmayıb.

N.Qafarova, həmçinin, ərizəsində Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin pozulduğunu da əlavə edib. O bildirib ki, həyat yoldaşını normal şəkildə dəfn etməyə və uzun müddət məzarını ziyarət etməyə də imkan verilməyib. 

Avropa məhkəməsi hökumətə sorğusunda hərbçilərin yaşamaq hüququnun pozulması və sonrakı istintaqla bağlı suallar ünvanlayıb. 

S.Qafarov və E.Quliyev "Tərtər hadisələri"ndə ölsələr də, onlara qarşı dövlətə xəyanət ittihamı verilib. 

S.Qafarovun barəsindəki cinayət işinə 2018-ci il mayın 4-də bəraətverici əsaslarla xitam verilib. E.Quliyevə isə yalnız "Tərtər işi"nin istintaqı yeniləndikdən sonra - 2022-ci ilin yanvarın 31-də bəraət verilib. 

2017-ci ilin mayında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib, yüzlərlə şəxs hərbi xidmətdən tərxis olunub. 

"Tərtər işi"nin istintaqı yeniləndikdən sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanlardan 13 nəfərə 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. 

Zərərçəkənlər isə həbs olunanların sadəcə əmr yerinə yetirdiyini bildirir və hadisələrin sifarişçilərinin cəzalandırılmasını tələb edir. Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxov, keçmiş hərbi prokuror Xanlar Vəliyev də var. Lakin onlar istintaq və məhkəmələrdə dindirmələrə cəlb edilməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo