Sosial Media
Azərbaycan Ali Məhkəməsi Milli Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.
Bu barədə "Turan" xəbər verir.
Şərti olaraq mühakimə edilmiş Yaqublu 2021-ci ilin yayında ölmək üzrə olan anası ilə vidalaşmaq üçün Gürcüstana getməsinə icazə verilməsini xahiş edib. Suraxanı rayon məhkəməsi işə baxarkən qadın vəfat edib. Bu zaman Yaqublu dəfndə iştirak üçün getməsinə icazə verilməsini istəyib. Amma ona icazə verilməyib. Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayət verib, yenə imtina cavabı alıb. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, qeyd edilən qərarı qüvvədə saxlayıb.
https://toplum.tv/multimedia/ali-mehkeme-eli-eliyevle-bagli-qerar-verdi
"Bu ölkədə məhkəmə yoxdur. Sadəcə olaraq, bir ailəyə xidmət edən qrup var, hakimlər isə bu sistemin qullarıdır", deyə Yaqublu məhkəmədə bildirib.
Vəkil Aqil Lahıc məhkəmədən Yaqublunun heç olmasa anasının məzarını ziyarət etməsinə icazə verilməsini xahiş edib. Onun sözlərinə görə, Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Tofiq Yaqublu 2020-ci ilin martında saxta xuliqanlıq ittihamı ilə həbs edilib.
2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsi onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Uzunmüddətli aclıq aksiyasından sonra sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi onun barəsində qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”