Məhkəmə

Məhkəmədə etiraz: katiblə vəkil bacı-qardaş imiş

21 İyul, 2022
3101

Açıq mənbələrdən götürüıüb

“Xəzər rayon Məhkəməsində çıxarılan xeyli hökm ləğv edilməlidir”  

Bu gün, iyulun 21-də Xəzər rayon Məhkəməsində keçirilən prosesdə ağac kəsməkdə ittiham olunan həkim, “Andromed” Klinikasının faktiki sahibi olan Mirzəli Quliyevin  vəkili İlqar Rüstəmov hakim Əkrəm Qəhrəmanova etiraz edib. O, etirazını hakimin icraatındakı məhkəmə işlərində katib və dövlət hesabına təyin olunan vəkilin bacı-qardaş olmasıyla əsaslandırıb: 

“Necə ola bilər ki, 9 iclas keçirilib, bacı-qardaş oturub burda, biri katibdir, biri vəkil? Özü də həmin vəkil bu işdə dövlət hesabına təyin edilib. Hamıya məlumdur ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin dövlət hesabına vəkillə təmin olunması üçün müraciəti hazırlayan, yazıb-pozan hakimin katibi olur. Sizin katib də bütün işlərdə dövlət hesabına vəkil lazım olanda bu məhkəmə binasının 5 metrliyində oturan vəkil qardaşını çağırır”. 

Əvvəl vəkilə və katibə, sonra da hakimə etiraz... 

İstintaqın gəldiyi nəticəyə görə Mərdəkanda yerləşən “Andromed” Klinikasının faktiki sahibi olan, orada həkim işləyən Mirzəli Cəfərquliyev klinikanın ərazisində iki ağac kəsməkdə ittiham olunaraq məhkəməyə verilib.

O və bir neçə şəxs Cinayət Məcəlləsinin 259-cu maddəsiylə ittiham olunur.

Mirzəli Cəfərquliyevin müdafiəsinə yeni qoşulan vəkil İlqar Rüstəmov işlə tanış olanda xəbər tutub ki, müvəkilinin bu yaxınlaradək vəkili olan Elşən Hüseynov hakimin katibi Mətanət Hüseynovanın qardaşıdır. 

Yeni vəkil ötən məhkəmə iclasında dövlət hesabına təyin olunmuş əvvəlki vəkilə və hakimin katibinə etiraz edib. Hakim etirazı təmin edib. Bu günsə vəkil hakimə də etiraz edib. O bildirib ki, elektron sistemdən əldə etdiyi məlumata görə, indiyədək bacı-qardaş xeyli sayda eyni məhkəmə iclaslarına çıxıblar, biri məhkəmə katibi, digəri vəkil kimi.

Vəkil vəsatətini təqdim edərkən bunları dedi: “Sizin icraatınızda olan çoxsaylı məhkəmə hökmləri var ki, bu bacı-qardaşın iştirakıyla çıxarılıb. Bu isə qanunvericiliyə ziddir. Cinayət Prosessual Məcəllənin 109, 116-cı maddələrinə görə, yaxın qohumların və şəxsi asılılıq münasibətində olan şəxslərin eyni cinayət prosesində iştirakı qanunvericiliyin tələbinə ziddir. Siz hakim olaraq müdafiəçi və katibinizin yaxın qohumluq əlaqəsində olduğunu bilə-bilə onların prosesdə iştirakına qəsdən yol vermisiniz. Belə olan halda biz sizin bu məhkəmə iclasına sədrlik etməyinizə etiraz edirik”.  

Hakim təqsirləndirilən şəxsə: Elşən də yoxdu, Mətanət də yoxdu, daha nə istəyirsiz? 

Hakim Əkrəm Qəhrəmanov etirazla bağlı vəsatətin Xəzər rayon Məhkəməsinin sədr əvəzi Zaur Tağıyevə veriləcəyini söylədi.

Pərt vəziyyətdə olan hakim növbəti məhkəmə iclasının tarixini elan edəndən sonra üzünü təqsirləndirilən şəxs Mirzəli Cəfərquliyevə tutdu:  “Mən hakiməm, vətəndaşam. Heç vətəndaş kimi demirəm, elə hakim kimi deyirəm. Bildirmək istəyirəm ki, Cəfərquliyev, ötən iclaslarda sizin bir neçə dəfə vəsatətiniz oldu, təmin etdim. Əgər mən qərəzli olsaydım, bu işin nəticəsində bir marağım olsaydı, heç o vəsatətlərinizi təmin etməzdim. Bundan başqa, siz o biri vəkiliniz  vasitəsiylə bizə disk təqdim etdiniz, mənim hansısa marağım olsaydı, heç o diski qəbul etməzdim, heç qulaq asmazdım. Qohum katiblə vəkilin eyni prosesdə iştirak etməsi qanunvericiliyə nə dərəcədə uyğundur ya yox, bu, hələ mübahisəli məsələdir. Vəkildən imtina etdiniz, katibdən imtina etdiniz, istintaqın təzələnməsini istədiniz, mən hamısını sizinçün təmin etdim. Ancaq təmin etməyə də bilərdim, elə deyilmi?.. Yaxşı, indi Elşən də yoxdu, Mətanət də yoxdu, nə problem var ki, daha nə istəyirsən?”, - hakim bunu deyib, məhkəmə zalını tərk etdi. 

 Növbəti məhkəmə iclası iyulun 25-nə təyin edilib.

Hüquqşünas Namizəd Səfərov deyir ki, yaxın qohumlar olan katib və dövlət hesabına təyin olunmuş vəkilin iştirakıyla keçirilən məhkəmələrin nəticələri ləğv olunmalı, bu işlərə yeni açılmış hal qaydasında təkrar baxılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo