Multimedia

Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

18 Oktyabr, 2022
2302

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. 
 
Məhkəmə prosesi oktyabrın 18-də Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutub.  

Toplum Tv bildirir ki, Ali Məhkəmə Əli Əliyevlə bağlı qərardan verilən şikayəti təmin etməyib.   
 
Vəkil Cavad Cavadovun verdiyi kassasiya şikayəti iki hissədən ibarət olub. Məhkəmədə çıxış edən vəkil bildirib ki, Əli Əliyevə qaldırılan 147.1 maddəsi əsassızdır. O, partiya sədrinin ifadə azadlığı hüququnun pozulmasına diqqət çəkib. Şikayətin digər hissəsi isə eyni əmələ görə təkrar həbs qərarı ilə bağlı olub.  

https://toplum.tv/mehkeme/mehkeme-leyla-ve-arif-yunusun-isi-uzre-icraati-dayandirdi

Cavad Cavadov əlavə edib ki, bir cinayətə görə iki dəfə məhkum olunma qanuna zidd əməldir. Hakim isə kassasiya şikayətini təmin etməyib və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.  
 
Sözügedən qərar qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov, daha sonra kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında qəbul olunub. 

Məhkəmə çəkişməsinə partiya sədrinin helikopter qəzasını şərh edərkən səsləndirdiyi fikirlər səbəb olub. O bildirib ki, qəzanın necə baş verməsi haqqında müsahibə verən bu iki hərbçinin hadisə zamanı orada olduqlarına inanmır. Haqqında söhbət gedən hərbçilər Əli Əliyevin barələrində böhtan atdığını bildirib, onun həbs edilməsini tələb ediblər.  
 
Əli Əliyev bu ilin yanvarında Cinayət Məcəlləsinin 147.1-ci - böhtan maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum olunub.  

Helikopter qəzası  2021-ci il ilin noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəzada 2-si polkovnik olmaqla, 14 müxtəlif rütbəli hərbçi həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

DSX-də ard-arda ölümlər: 5 ayda 6 əsgər niyə həyatını itirib?

9 İyun 2026

Toplum TV

Tovuzun Əyyublu kəndindən olan, Sərhəd Qoşunlarının Naxçıvandakı hərbi hissəsində xidmət etmiş Natiq Məmmədov iyunun 1-də vəfat edib. Ailə üzvlərinin sözlərinə görə, o, hərbi xidmətə cəmi iki ay əvvəl başlayıb. Mətbuatda əsgərin qızılca xəstəliyindən öldüyü yazılsa da, ailə övladlarının öldürüldüyünü iddia edir. Ailə həmçinin bildirir ki, dəfn mərasimində çəkilişə icazə verilməyib.
Multimedia

 

Paşinyan seçkini uduzarsa, sülh danışıqları dondurula bilər?

4 İyun 2026

Toplum TV

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi arena daha da gərginləşir. Ermənistanın baş naziri Nikol Paşinyan siyasi mövqeyini qorumaq üçün yalnız inzibati resurslara deyil, birbaşa xalqla təmasa üstünlük verir.

Seçilmiş Videolar

Toplum TV loqo