“D 18” Hərəkatının sədri Əhməd Məmmədli 30 sutka müddətinə həbs olunub.
Bu barədə onun yaxınları sosial mediada xəbər veriblər.
Bildirilir ki, Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib.
Siyasi fəal bu gün saxlanılıb. Bu barədə “D 18” Hərəkatının üzvü Samir Sultanov “Toplum TV”yə məlumat verib:
"Əhmədlə İslam Səfərli küçəsində Qış Parkına doğru gedirdik. Mülki geyimli şəxslər yaxınlaşdı və Əhmədi 77 CZ 439 nömrəli maşına mindirərək apardılar”.
Fəal dünən Prezident İlham Əliyevi tənqid edən paylaşım etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”