Multimedia

Ekspert: Rusiya azərbaycanlılara etnik diskriminasiya edə bilər

11 Oktyabr, 2022
3382

Krımda partladılan körpüdə TIR sürucüsünün azərbaycanlı olduğu deyilir.

Sosial mediada bu məsələdə  Azərbaycanın rolu olduğunu iddia edənlər var. Rusiya mediası yazır ki, körpüdə partlayan TIR-ın sürücüsü miliyyətcə azərbaycanlı  Mahir Yusubovdur.  TIR-ın sahibi isə onun qardaşı oğlu Samir Yusubovdur. O yük maşını ilə həmin gün gübrə daşıyırmış. Həmin partlayışda Mahir özü də həyatını itirib. Sosial mediada yayılan videoda TIR-ın sahibi Samir Yusubov hadisənin onlara heç bir aidiyyatı olmadığını bildirib.  

Niyə partlayışda Azərbaycanın da adı hallanır? İndiki vəziyyətdə bu iddialara  cavab nə olmalıdır? 

Deputat Hikmət Babaoğlu deyir ki, körpünün partladılmasında azərbaycanlı adı qəsdən hallandırılır.  

Siyasi şərhçi Kamran Cəfərov deyir ki, partlayışda Azərbaycanın da adının çəkilməsi hökuməti narahat etməlidir.

Rusiya Prezidenti Vladimir Putin sözügedən partlayışda Ukraynanı terrorda günahlandırır. O deyir ki, Ukraynanın kəşfiyyatı Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib. 

Rusiya rəsmiləri həm də iddia edir ki, Rusiya və bəzi xarici dövlətlərin vətəndaşları körpünü partlatmağa kömək ediblər.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo