Baba Sadıqov illərdir kənd təsərrüfatı ilə məşğuldur. O həm kənddən öz məhsulunu gətirir, həm də topdansatış bazarlarından başqa məhsulları alıb satır.
Baba Sadıqov deyir, qazandıqları ailəni dolandırmağa, borc-xərci ödəməyə zorla yetir
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, kəndlinin əsas problemi inhisarçılıqdır. Yaşıl bazarda meyvə satmaqla məşğul olan Rəhim kişinin sözlərinə görə, qazancları əvvəlki illərdən çox aşağıdır, gündəlik xərcləri ödəməyə güclə çatır.
Rəhim kişi deyir ki, iş adamları bazarda çoxluq təşkil edir deyə bazara kəndlilər öz məhsulunu gətirə bilmir. Rəşad Həsənovun fikrincə, Azərbaycanda kəndlinin bazara çıxışı üçün uyğun şərait yoxdur.
Gülzadə Namazova da Göygöldən meyvə gətirib satır, sonra da yenə Göygölə qayıdır. Qazancı da burdan qalan 3-5 manat olur. İnflyasiyanın ağırlığını çiyinlərində daşıyan kəndlilərin indi əsas istəyi məhsullarını normal qiymətə sata bilməkdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”