Foto: Şəmkir Rayon İcra Hakimiyyəti
Şəmkir Rayon İcra Hakimiyyətində də 53 işçinin vəzifədən azad olunduğu bildirilir.
"Oxu. az"ın məlumatına görə, icra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələri ləğv edilən 7 nəfər icra hakimiyyətinə tabe qurumlarda yeni işlə təmin olunsa da, 46 nəfərin ehtiyat kadr siyahısında qaldığı bildirilir.
Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfər kənd inzibati ərazi dairələrində çalışanlardır.
Daha əvvəl də Ağsuda 14, Tovuzda 43, Cəlilabadda 38, Qubada 36, Göyçayda 27, Lənkəranda 44, Bərdədə 43, Ağdamda 54 nəfərin yerli icra hakimiyyətlərindəki vəzifələrindən azad edildiyi xəbəri yayılıb.
Bu xəbərlərdə bir qayda olaraq səbəb açıqlanmır, ixtisarlar "struktur dəyişikliyi" ilə izah olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb