Foto: Azərtac
Ağsu, Tovuz və Cəlilabaddan sonra Quba icra hakimiyyətində də 36 nəfərin ixtisara düşdüyü deyilir
Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşının vəzifələrindən azad edildiyi bildirilir.
"Oxu. az"ın məlumatına görə, icra hakimiyyətində aparılan "struktur dəyişikliyi ilə əlaqədar" həmin şəxslərin dövlət qulluğuna xitam verilib.
Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba RİH-də müəyyən vəzifələrdə çalışanlardır.
Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətində 14, Tovuz Rayon İcra Hakimiyyətində 43, Cəlilabad Rayon İcra Hakimiyyətindəisə 38 əməkdaşın vəzifələrindən azad edildiyi xəbəri yayılmışdı.
Azərbaycanda ötən ilin sonundan müxtəlif qurumlarda kütləvi ixtisarlar aparılır. Prezident İlham Əliyev də bu yaxınlarda 10 dövlət qurumunun ləğvi barədə fərmanlar imzaladı.
İxtisarlar nəticəsində Bakı Metropoliteni, Bibiheybət Gəmi Təmiri Zavodu, TƏBİB kimi qurumlarda yüzlərlə insan iş yerini itirib.
İxtisarlara məruz qalan şəxslər isə yeni iş yerlərinin təklif olunmadığını deyirlər.
Deputat Fazil Mustafa da Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında problemə toxunub.
"Bu insanlara ya alternativ iş yerləri təklif olunmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır. Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır, insanlar müraciət etdikdə həmin iş yerlərinin mövcud olmadığı ilə üzləşirlər”, - o qeyd edib
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb