Multimedia

Qiymət artımı kirayə bazarına da təsir edib

7 Sentyabr, 2022
2064

Hər il yayın sonlarında paytaxtda kirayə bazarı canlanmağa başlayır. Buna əsas səbəb də rayonlardan təhsil almaq üçün gələn tələbələrdir. Şəhərin hər yerində kirayə elanları olsa da, ev tapmaq hər zaman asan olmur. 

6 ildir Bakıda kirayə yaşayan İlqar Məmmədov əvvəllər qiymətlərin daha sərfəli olduğunu deyir. Onun sözlərinə görə, indi həm də vasitəçilərə çox xərc çəkməli olur. O, 40 günə yaxındır ki, yeni kirayə ev axtarışındadır. Amma qiymətlər onun büdcəsinə uyğun olmur.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov qiymətlərin bahalaşmasını bir sıra səbəblərlə əlaqələndirir:

"Bazarda qiymətləri, təbii ki bazar tənzimləyir. Qiymətlərin yüksək olmasının səbəbi təklifin tələbə nisbətən daha məhdud olmasıdır. Bazarda struktur dəyişikliyi müşahidə edirik. Yəni yeni tikililər bazara girir və köhnə tikililər, o cümlədən, gecəqondular bazardan çıxır. Bu da, təbii ki orta qiymətin artımına səbəb olur. 

2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarısında qiymətlərin intensiv artımı müşahidə edildi və kirayə verənlər kəsiri bağlamaq üçün qiymətləri artırmaq məcburiyyətindədirlər.

Hazırda Bakının mərkəzi bölgələrində köhnə tikili binalarda təxminən bir otaqlı mənzil 300, iki otaqlı 400 manat, yeni tikili binalarda isə bir otaqlılar 500, iki otaqlılar 600 manat ətrafında dəyişir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo