Multimedia

Şənbə gecəsi həbs - Elçin Sadıqov və Əvəz Zeynallını necə tutdular?

12 Sentyabr, 2022
2344

Sentyabrın 10-dan 11-nə keçən gecə "Xural TV"-nin təsisçisi Əvəz Zeynallı və vəkil Elçin Sadıqov həbs olunublar. Əvəz Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovdan rüşvət almaqda, Elçin Sadıqov isə buna vasitəçi olmaqda günahlandırılır.

İttihamlara "haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayevin iddiaları səbəb olub.  Fətullayev Əvəz Zeynallının "Baku Steel Company"-nin həbs olunan rəhbəri Rasim Məmmədovun ailəsindən hədə-qorxu ilə rüşvət aldığını bildirib.  Həmin iddianı jurnalist Əvəz Zeynallı öz kanalında təkzib etmişdi.

Fətullayevin ittihamında vəkil Elçin Sadıqovun da adı keçmişdi. Vəkil isə yayılan məlumatların həqiqət olmadığını deyib, ittiahamları qara piar adlandırmışdı.

Rüşvət iddialarından bir qədər öncə Rasim Məmmədov məhkəmə iclasında vəzifəli şəxslərə verdiyi pulların yazıldığı dəftərçənin etibarlı əllərdə olduğunu, bu məlumatları açıqlayacağını bildirmişdi.

Baş prokurorluq sentyabrın 9-da  Əvəz Zeynallı barədə iddialarla bağlı araşdırmalara başladığını bildirib.

https://toplum.tv/sosial/vekil-elcin-sadiqovun-evinde-ve-ofisinde-axtaris-olub-prokurorluga-aparilib

Şənbə günü, sentyabrın 10-u Əvəz Zeynallı dostları ilə kafedə yemək yeyərkən saxlanılıb.

Zeynallının sahibi olduğu "Xural TV"-də axtarış aparılan zaman prokurorluq bir neçə çanta sənədləri götürüblər. Bundan sonra Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinə gedib. 

Həmin gün paralel olaraq sözügedən iş adamının vəkili Elçin Sadıqovun da evində və ofisində prokurorluq orqanları tərəfindən axtarış aparılıb. Elçin Sadıqovun ofisində bir neçə saat axtarış işləri gedib. Daha sonra ofisdən götürülən bir neçə çanta sənəd və Elçin Sadıqov İstintaq İdarəsinə aparılıb. 

Hüquq müdafiəçiləri vəkilin ofisində və evində axtarış aparılmasını onun digər müvəkkillərinin hüquqlarına zərbə kimi qiymətləndirib.

Əvəz Zeynallı və Elçin Sadıqovun ailə üzvləri ilə yanaşı, bir qrup ictimai-siyasi fəallar,hüquq müdafiəçiləri, Baş prokurorluğun İstintaq İdarəsi önündə saatlarla gözləyib.
Gecə yarısı əvvəl Əvəz Zeynallı, sonra Elçin Sadıqov Binəqədi rayon məhkəməsinə aparılıb.

Hakim Fərid Əmirəliyev qərarı qəbul etməzdən öncə 6 saata yaxın müşavirədə olub.

Elçin Sadıqovun və Əvəz Zeynallının həbsi barədə qərar səhərə yaxın verilib. Hər ikisi haqqında 4 ay məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallı rüşvət alma, Elçin Sadıqov isə bu cinayətə kömək etmə ilə ittiham olunur. Vəkillər Apellyasiya şikayəti verəcəklərini deyib. Bir qrup ictimai xadim və hüquq müdafiəçisi sentyabrın 11-də prezidentə müraciət ünvanlayaraq, ittihamın və prosedur pozuntularının onlarda suallar doğurduğunu bildirib, işə ədalətlə baxılmasını xahiş edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo