Multimedia

Vətəndaş: “Dövlət yoxdursa, qoçu dəstəsi ilə problemimi həll edim”

2 Avqust, 2022
2724

Beyləqan rayonundan Bakıya gələn fərdi sahibkar Prezident Administrasiyası qarşısında aksiya keçirib. 

Tural Xasayev Beyləqanda şirniyyat evi işlədir. Deyir, 2019-cu ildən dövlət əmlak komitəsindən aldığı torpağı istifadə edə bilmir. 

Şikayətçi bildirib ki, iki il öncə mübahisəli torpaq ərazisi işini məhkəmədə udub Amma Beyləqan Rayon İcra və Probasiya şöbəsi qərarı icra etməkdən yayınır. 

Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi Azər Quliyev isə Toplum TV-yə bildirib ki, məhkəmənin qərarı ötən ilin oktyabrın 29-u icra idarəsinin icrasına daxil olub. Bununla bağlı qurum tərəfindən təyinat verilib və mübahisəli əraziyə gedilib. Həmin ərazidə məhkəmə qərarına əsasən torpaq ölçülüb və iş üzrə Tural Xasıyevə təhvil verilib. Amma həmin iş üzrə qarşı tərəf -  Vüqar Babayev qərardan şikayətçi olub və iş apellyasiya məhkəməsindədir.: 

Etirazçı Tural Xasayev polis əməkdaşları tərəfindən Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən vətəndaş qəbul mərkəzinə yönləndirilib. Adıçəkilən ünvana gedən şikayətçiyə avqustun 3-ü Prezidentin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovla görüş təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo