Siyasət

Konqresmenlər Əliyevin mühafizəçilərinin iştirak etdiyi insidentin araşdırılmasını tələb edir

6 Mart, 2026
154

Foto/kollaj: Toplum TV

ABŞ Konqresinin üzvləri ötən ay Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevin mühafizəçilərinin etirazçılara qarşı zor tətbiq etməsi ilə bağlı araşdırma aparılmasına çağırış ediblər.

Martın 5-də ABŞ dövlət katibi Marko Rubioya ünvanlanmış müraciəti Konqres üzvləri Ceyms Makqovern, Elenor Norton, Ceymi Raskin, Dina Titus, Donald Beyer, Ceyms Valkinşou və senator Tim Keyn imzalayıb. 

Müraciətçilər Əliyevin mühafizəçilərinin etirazçıları döyməsini “transmilli repressiya aktı” adlandırıb. 

Müraciətdə etirazçılardan birinin Azərbaycanda həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu olduğu qeyd olunub. T.Yaqublunun ötən il “uydurma ittihamlarla” 9 il həbs cəzasına məhkum edildiyi, habelə Konqresin İnsan Hüquqları Komitəsi tərəfindən “vicdan məhbusu” kimi tanınması da xatırladılıb. 

“Biz bu hücumları ABŞ-də hər bir insanın dinc şəkildə toplaşmaq və söz azadlığından istifadə etmək hüququna qarşı birbaşa müdaxilə kimi qınayırıq. Bunlar ABŞ demokratiyasının təməlini təşkil edən, həm ABŞ Konstitusiyası, həm də Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt tərəfindən qorunan toxunulmaz dəyərlər və azadlıqlardır”, - konqresmenlər qeyd edib. 

Onlar ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycan hökumətinin transmilli repressiya əməllərində iştirakını qeyd etdiyini də xatırladıblar. 

“ABŞ Azərbaycan liderinə yaxın şəxslər tərəfindən törədilən bu transmilli repressiya aktına təcili reaksiya verməlidir. Belə bir hərəkət təkcə hədəfə alınan diaspor və mühacir icmalarına birbaşa zərər vermir, həm də ABŞ-nin suverenliyini təhdid edir, ABŞ qanunlarını pozur və insanların hüquq və azadlıqlarını tapdalayır. Bunu nəzərə alaraq, Departamentdən xahiş edirik ki, federal qurumlar və Kolumbiya Dairəsi rəsmiləri ilə birlikdə baş verən hadisəni hərtərəfli araşdırmaq, insident barədə Konqresə tam hesabat təqdim etmək və zorakılığın eskalasiyasına görə məsuliyyət daşıyan tərəflərin cavabdehliyə cəlb olunmasını təmin etmək üçün aparıcı rol oynasın”, - onlar müraciətdə vurğulayıb. 

Fevralın 19-da Qəzza Sülh Şurasının ilk toplantısında iştirak üçün Vaşinqtonda olan İlham Əliyevin qaldığı hotelin önündə etiraz aksiyası keçirilib. Əliyevin mühafizəçiləri aksiyaçılara qarşı zorakılıq göstərib. Onların bir neçəsi yüngül xəsarət aldıqlarını və paltarlarının cırıldığını bildirib. 

Vaşinqton prokurorluğu insidentin araşdırıldığını deyib. Azərbaycanın ABŞ-dəki səfirliyi isə hadisəni "təxribat" adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

FT: “Fransa Azərbaycandakı vətəndaşlarının azadlığı müqabilində Usmanovdan sanksiyaların götürülməsini istəyir”

16 Sentyabr 2026

president.az

Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi müqabilində rusiyalı biznesmen Alişir Usmanovun sanksiya siyahısından çıxarılmasına digər Avropa İttifaqı (Aİ) ölkələrini razı salmağa çalışır. “Financial Times” danışıqlardan məlumatlı üç mənbəyə istinadən yazır ki, mümkün razılaşma Rusiyanın Ukraynaya müdaxiləsinə görə tətbiq edilmiş sanksiyaların uzadılmasını ləngidir. Qəzetə görə, Fransa və Slovakiya Usmanovun siyahıdan çıxarılmasını tələb edərək sanksiyaların daha 12 ay uzadılmasına veto qoyub. Danışıqları davam etdirmək üçün sanksiyaların müddəti bir həftə uzadılıb. Rəsmi Paris iddiaya birbaşa cavab verməyib. Fransalı diplomat isə ölkəsinin milli təhlükəsizliklə bağlı narahatlığını və Usmanov məsələsində müraciət edən beynəlxalq tərəfdaşlarına müsbət cavab vermək istədiyini bildirib. O, Parisin Rusiyaya təzyiqin artırılmasını...
Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr 2026

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb. “Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib. İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib. O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi...

Seçilmiş Videolar

Toplum TV loqo