Multimedia

Bakıda rus sülhməramlı qoşunlarının Qarabağdan çıxarılması tələbiylə aksiya keçirildi

7 Oktyabr, 2022
2031

Toplum TV

Bakıda Azərbaycan Demokratik və Rifah Partiyasının (ADR) təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya iştirakçıları oktyabrın 7-də keçirdikləri aksiyada rus sülhməramlı qoşunlarının Qarabağdan çıxarılmasını tələb ediblər.

Tədbirin Rusiyanın Bakıdakı səfirliyi önündə keçirilməsi nəzərdə tutulsa da, əraziyə yaxın parkda baş tutub.

Aksiyada "İvan, idi damoy!", "Putin, rədd ol!" şüarları səsləndirilib.

Aksiya zamanı iki nəfər - ADR Partiyasının idarə heyəti üzvü Hüseyn Məlik və partiya üzvü Nizami Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Bir neçə dəqiqə davam edən aksiya polis müşayiəti ilə iştirakçıların ərazidən uzaqlaşdırılması ilə başa çatıb.

İki il öncə, 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən müharibə noyabrın 10-u Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə imzalanmış Atəşkəs Bəyanatı ilə başa çatdı.

Daha sonra Qarabağın ermənilər yaşayan hissəsinə rus sülhməramlı qüvvələri yerləşdirildi. İmzalanmış sənədə görə, rus qoşunları ən azı 5 il müddətinə bölgədə olacaqlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Valideyn: “Məktəbdəki yoxlamadan sonra qızım intihara cəhd edib”

24 İyul 2026

Toplum TV

Naxçıvanda məktəbli qızın intihara cəhdindən sonra atası məktəb rəhbərliyini məsuliyyətli sayır. O iddia edir ki, test yoxlanışı zamanı polis əməkdaşı qızın çantasını sinif yoldaşlarının qarşısında yoxlayıb, daha sonra isə məktəb direktoru ailəni hədələyib.
Multimedia

 

Korrupsiyada ittiham olunan vəzifəlilər azadlıqda, vətəndaş cəmiyyəti üzvləri isə həbsdədir

22 İyul 2026

Toplum TV

Azərbaycanda korrupsiyada ittiham olunan bəzi yüksəkvəzifəli şəxslər istintaq dövründə azadlıqda qalır və ya barələrində daha yüngül qətimkan tədbirləri seçilir. Eyni zamanda, qaçaqmalçılıq və digər ittihamlarla üzləşən vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən səhhətində ciddi problemləri olan şəxslər, bir qayda olaraq istintaq və məhkəmə müddətində həbsdə saxlanılır

Seçilmiş Videolar

Toplum TV loqo