Siyasət

AXCP Bakının mərkəzində aksiya keçirib

24 Oktyabr, 2022
2275

Toplum TV

Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup şəxs etiraz aksiyası keçirib. 

Etirazçılar qol-qola tutaraq "Ailə hakimiyyətinə son", "Siyası məhbuslara azadlıq" və başqa şüarlar səsləndiriblər.

Fəalların məlumatına görə, aksiya zamanı çox sayda şəxs saxlanılıb. Saxlananlardan bəzisi də siyasi mənsubiyyətinin olmadığını söyləyib.

Daxili İşlər Nazirliyi Toplum.TV-yə açıqlamasında saxlanılanların olmadığını, sadəcə bəzi iştirakçıların bölgədən uzaqlaşdırıldığını bildirib. 

Hadisə yerindən Toplum TV-nin reportajını izləmək üçün link: AXCP Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirir

https://toplum.tv/siyaset/din-axcp-nin-kecirmek-istediyi-piketin-qarsisi-alinacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbilə etiraz aksiyası keçirmək niyyətində olduğunu bildirmişdi.

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının 30 sentyabr aksiyasından öncə və aksiya zamanı 177 fəal saxlanılıb. Onların əksəriyyəti aksiya başlamadan evinin qarşısında saxlanılıb. Bu, bir daha ölkədə sərbəst toplaşmaq azadlığının olmamasını sübut edir. Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır ki, adamlar toplaşıb ölkənin problemlərini hökumət qarşısında qaldırmasınlar”, - Əli Kərimli deyib.

Partiya sədri vətəndaşları narahat edən problemlər arasında işsizlik,  kəskin bahalaşma, veteranların intiharı, uşaqlara verilən müavinətlərin olmaması, əhalinin gəlirlərinin az olmasını göstərib.  

Həmçinin etirazçıların aksiya zamanı siyasi məhbusların azad edilməsini və quru sərhədlərinin açılmasını tələb edəcəkləri qeyd olunmuşdu. 

Bakı Şəhər İcra Hakimiyyəti isə öz növbəsində AXCP-nin mitinq keçirmək barədə müraciətini məqsədəuyğun hesab etməyərək imtina cavabı vermişdi. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo