GİPA
ABŞ Dövlət Departamenti Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) jurnalistika üzrə magistr təhsili alan azərbaycanlı tələbələr üçün təqaüd proqramını bərpa edib.
Bu barədə hazırda universitetdə təhsil alan tələbələrdən biri Cavid Əhmədov “Facebook“da məlumat yayıb.
O, bildirib ki, təqaüd hazırda birinci və ikinci kursda olan tələbələrə şamil olunur.
Təqaüd proqramının Ermənistandan olan tələbələr üçün dayandırıldığı deyilir.
ABŞ Dövlət Departamenti təqaüd proqramını bu ilin martında dayandırmışdı.
GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır.
Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir.
Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb