Ölkə

Azərbaycan İranla sərhəddə yük maşınlarının hərəkətini dayandırıb, sürücülər şikayət edir

6 mart, 2026
234

Foto: açıq mənbə

Azərbaycan İranla sərhəddə yük avtomobillərinin hərəkətini dayandırıb. 

Bu barədə Nazirlər Kabinetinin martın 5-də verdiyi qərarda bildirilir. 

Qərar həmin gün Naxçıvana edilən dron hücumları ilə əsaslandırılıb. 

"Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib", - deyə qeyd olunub. 

Qərarın nə qədər qüvvədə olacağı barədə məlumat verilməyib. 

Sosial şəbəkələrdə isə sərhəddə qalmış bəzi yük maşını sürücülərinin şikayətləri yayılıb. 

Bir videoda sürücülərdən biri pullarının bitdiyini, səfirliyə zəng etsələr də cavab ala bilmədiklərini deyib. 

Martın 5-də sosial şəbəkələrdə Naxçıvan hava limanına dron hücumuna dair videogörüntülər yayılıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, dronlardan biri terminala, biri isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb, dörd nəfər xəsarət alıb. 

Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirərək hadisəni İran tərəfindən terror aktı adlandırıb, cavab tədbirlərinin görüləcəyini deyib. 

Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Azərbaycan XİN-ə çağırılıb.

İranın xarici işlər naziri Abbas Əraqçi və ordunun Baş Qərargahı isə Naxçıvana hücum iddiasını təkzib edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo