Ölkə

Azərbaycan və Ermənistan itkin düşənləri birgə axtarmağa razılaşıb?

5 İyun, 2025
96

Foto: AP

Azərbaycan və Ermənistan Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxsləri birgə axtarmaq barədə ilkin razılığa gəlib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan iyunun 4-də parlamentdəki dinləmələrdə deyib. 

O, həmçinin, iyunun 4-də iki ölkənin itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələrinin baş tutmuş görüşündən danışıb. 

“Bəli, görüş baş tutdu. Bu artıq ikinci belə görüş idi. İtkin düşən şəxslərin taleyi və mümkün axtarış əməliyyatları müzakirə olundu. Bu əməliyyatların davamlı olacağı ilə bağlı ilkin razılaşma mövcuddur. Bu görüşü müsbət addım kimi qiymətləndirirəm," – direktor bildirib.

"Bilirəm ki, hamı gözləyir. Bu məsələdə ən çox maraqlı tərəf bizik. Təəssüf ki, sabah, beş günə, bir aya, ya da bir ilə nəticə olacaqmı, deyə bilmərəm, amma sizi əmin edə bilərəm ki, bu istiqamətdə mümkün olan hər şey edilir," – xidmət rəhbəri əlavə edib. 

Azərbaycan tərəfi 4 iyun görüşünün nəticələri ilə bağlı bəyanatında birgə axtarışla əlaqədar razılığa toxunmayıb. 

“Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər”
, - Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqlamasında deyilir. 

Birinci Qarabağ Müharibəsi 1991-1994-cü illərdə keçmiş Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda davam edib. Sözügedən ərazilərin tamamı hazırda Azərbaycanın nəzarəti altındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Qabil Məmmədov və Məhəmməd Mirzəli haqqında da həbs qərarı verilib

3 İyun 2025

Foto: Toplum TV

Binəqədi rayon Məhkəməsində xaricdə yaşayan azərbaycanlı blogerlər haqqında axtarışa verilməklə həbs qətimkan tədbiri seçilib.  Bu barədə APA xəbər yayıb.  Məlumatda bildirilir ki, Baş Prokurorluq mart-aprel aylarında istintaq üçün çağırdığı, ölkə xaricində yaşayan şəxslər haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib.  Onlar Qabil Məmmədov, Məhəmməd Mirzəli, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Orxan Ağayev və Qurban Məmmədovdur.  Daha öncə də Binəqədi rayon Məhkəməsi xaricdəki blogerlər Tural Sadıqlı, Orduxan Bəbirov və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev haqqında axtarışlı həbs qətimkan tədbiri qərarı çıxarıb.
Ölkə

Əli Zeynal Ədliyyə nazirinə açıq məktub yazıb

3 İyun 2025

Foto: Toplum TV

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik. Keçmiş rektor və indiki Ədliyyə naziri Fərid Əhmədova keçmiş tələbəsi və hazırda "Toplum TV işi”ndə siyasi məhbus Əli Zeynaldan açıq məktub.  Keçmiş rektor Fərid Əhmədov, əslində bu yazdığım problemləri hazırda saxlandığım Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılova və ya onun hər-hansı bir müavininə danışmaq istəyirdim. Bunun üçün dəfələrlə cəhd etsəm də, problemlərlə maraqlanan olmadı.  Yəqin ki, çox məşğuldurlar. Mən də dedim onları bu iş sıxlığında narahat etməyim. Halbuki, mənim barəmdə qurama hər-hansı bir şikayət və ya...

Seçilmiş Videolar

Toplum TV loqo