Ölkə

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

13 Aprel, 2025
97

sosial media

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.

Məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranmışdı.

"Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”, o, qeyd edib.

M.Zeynallı bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.

Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib.

Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittahmı irəli sürülüb. 

Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

UFC ilk dəfə Azərbaycanda keçiriləcək

14 Aprel 2025

açıq mənbədən götürülüb

Azərbaycan ilk dəfə qarışıq döyüş sənəti üzrə UFC (Azərbaycanca açılışı: Ali Döyüş Çempionatı - red.) turnirinə ev sahibliyi edəcək.  Bu barədə UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov aprelin 12-də ABŞ-ın Mayami şəhərində razılaşmaya imza atıblar.  Tədbir UFC, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.  Turnirin əsas döyüşündə yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri üz-üzə gələcəklər. Biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq.  “Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük tarixə malikdir. Bizim bu regiondan...
Ölkə

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində döyülüb

11 Aprel 2025

sosial media

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində fiziki zorakılığa məruz qalıb.  Bu barədə o, “Facebook” hesabında məlumat verib.  Məmmədova qeyd edib ki, o, İqtisadiyyat Nazirliyi önündə oturaq aksiya keçirərkən mühafizəçilər tərəfindən ordan uzaqlaşması tələb olunub.  Uzaqlaşmadıqda isə, o, nazirliyin Mühafizə İdarəsinin rəisinin tapşırığı ilə 23-cü polis bölməsinə aparılıb və burda polis tərəfindən döyülüb.  Məmmədova oturaq aksiyasına davam edəcəyini bildirib.  O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayət edir.  Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını bildirir. ...

Seçilmiş Videolar

Toplum TV loqo