Siyasət

Rusiya XİN: Moskva Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır

14 Aprel, 2025
218

açıq mənbədən götürülüb

Tbilisinin Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyinə baxmayaraq, Moskva Gürcüstanla müxtəlif sahələrdə münasibətləri bərpa etməyə hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib.

O, Rusiya ilə Gürcüstanı təkcə iqtisadi deyil, həm də mədəni və tarixi əlaqələrin birləşdirdiyindən əmin olduğunu deyib.

Nazir müavini qeyd edib ki, Moskva və Tbilisi 1993-cü il hökumətlərarası sazişlə müəyyən edilmiş hava hərəkəti səviyyəsini bərpa edə bilərlər.

Bundan bir qədər əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətləri dəyərləndirib.

Onun sözlərinə görə, ərazi fərqlərinə baxmayaraq, Gürcüstan üçün Moskva ilə yaxşı münasibətlər saxlamaq vacibdir.

Gürcüstan Rusiya ilə diplomatik əlaqələri 2008-ci illdə baş tutan beş günlük müharibədən sonra kəsib.

Müharibədən sonra Abxaziyanın müstəqilliyi Rusiya və daha dörd ölkə: Venesuela, Nauru, Nikaraqua və Suriya tərəfindən tanınıb.

Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiyanı Rusiya tərəfindən işğal olunmuş ərazilər hesab edir və Rusiyanı ölkənin ərazi bütövlüyünü pozmaqda ittiham edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq" 

22 Yanvar 2026

Foto: Reuters

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qəzza Sülh Şurasında daimi üzvlük əldə etmək üçün ABŞ-dəki dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar ödəniş etməyə hazırdır.  O, yanvarın 21-də Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib ki, Xarici İşlər Nazirliyinə "şuraya qoşulmaqla bağlı təklifi araşdırmağı və Rusiyanın mövqeyini tərəfdaşları ilə uzlaşdırmağı" tapşırıb. Putinin sözlərinə görə, "Fələstin xalqı ilə Rusiyanın xüsusi əlaqələrini nəzərə alaraq, hətta şuraya qoşulmadan belə" sözügedən məbləği şuraya ianə etməyə hazırdır.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, ABŞ prezidenti Donald Trampın administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında...
Siyasət

Əliyev: “Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”

20 Yanvar 2026

Foto: açıq mənbə

“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib. İ.Əliyev qeyd edib ki, əvvəllər reaksiya verilirdi: "Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik". İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı "təcavüzkar mövqedə" olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır: "Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı....

Seçilmiş Videolar

Toplum TV loqo