Dünya

Rusiya XİN: Aİİ-dən çıxmaq Ermənistan üçün ağrılı proses olacaq

14 Aprel, 2025
230

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın Ermənistan əhalisi üçün “ağrılı proses” olacağını deyib. 

O, “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma perspektivindən və Rusiyanın buna münasibətindən danışıb. 

Qaluzin deyib ki, Rusiyanın Ermənistanın “maraqlarını pozmaq” planı yoxdur və ola da bilməz. “Bizim ötən il ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və bu, ciddi artım nümayiş etdirib. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır”, - o qeyd edib. 

Buna baxmayaraq, o əlavə edib ki, eyni zamanda həm Aİ, həm də Aİİ-yə üzv olmaq mümkün deyil və Ermənistan seçim etməli olacaq.

“Aİİ-də iştirak Ermənistan əhalisinə aşkar faydalar verir. Bu, ilk növbədə Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% olub”, - Qaluzin deyib. 

Ermənistan “Avropa yolu ilə” gedəcəyi halda isə, Qaluzinin fikrincə, bu, Yerevanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. 

“Təəssüf ki, Ermənistan əhalisi üçün bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq. Ehtimal etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən həqiqətən nə qazana biləcəyini öz əhalisinə izah edəcək”, - o deyib. 

Martda Ermənistan parlamenti Aİ-yə qoşulma prosesini başlatmaq haqqında qanun qəbul edib. 

2018-ci ildə hakimiyyətə gəldikdən sonra ölkəni Qərbə yaxınlaşdıran Baş nazir Nikol Paşinyan isə vurğulayıb ki, qanun Aİ-yə daxil olmaq üçün müraciət deyil, amma daha geniş inteqrasiya prosesinin başlanğıcıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Arxasında Rusiyanın olduğu deyilən partlayışlara görə 15 nəfərə iş açılıb 

18 Sentyabr 2025

Foto: Getty Images

Litvada arxasında Rusiyanın olduğu bildirilən partlayışlara görə 15 nəfərə cinayət işi açılıb.  Litva prokurorları Almaniya, Polşa və Böyük Britaniyada bağlamaların partladılması ilə əlaqədar həmin şəxslərə qarşı terrorçuluq ittihamı irəli sürülüb. Təqsirləndirilən şəxslərin "DHL" və "DPD" çatdırılma şirkətlərindən istifadə etməklə dörd partlayıcı maddəni kosmetik qablarda gizlədərək Vilnüsdən sözügedən ölkələrə göndərdikləri iddia olunur. Üç bağlamanın partlaması nəticəsində ötən ilin iyul ayında Almaniya, Polşa və Böyük Britaniyada yanğınlar baş verib. Dördüncü bağlama isə texniki nasazlıq səbəbindən alışmayıb. Litvalı istintaqçılar bildirirlər ki, bu plan Rusiya hərbi kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslər tərəfindən koordinasiya olunub.  Rusiya hələlik iddia cavab verməyib, lakin dəfələrlə onun məxfi...
Dünya

Həyat yoldaşı Navalnının zəhərlə öldürüldüyünü deyir

17 Sentyabr 2025

Foto: AFP

Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib.  O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar. “Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib.  Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb.  “Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların...

Seçilmiş Videolar

Toplum TV loqo