Ölkə

İlham Əliyev: “Zəngəzur dəhlizi”nin açılması ilə yük daşımalarının həcmi artacaq 

22 Sentyabr, 2025
43

Foto: açıq mənbə

Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi"nin açılmasından sonra Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcminin artacağını bildirib. 

Bu, onun sentyabrın 22-də Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb. 

"Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir", - Əliyev qeyd edib. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycanda əmək haqqı üzrə vergi güzəştlərinin müddəti bitir

22 Sentyabr 2025

Foto: açıq mənbə

Azərbaycan hökuməti bəzi kateqoriyadan olan muzdlu işçilərin maaşları ilə bağlı vergi güzəştlərini gələn ildən ləğv etməyə hazırlaşır.  Bunu 2026-cı il üçün açıqlanan dövlət büdcəsi ilə bağlı rəsmi məlumatlar da təsdiqləyir.  Proqnoza görə, gələn il fiziki şəxslərin gəlirləri hesabına dövlət büdcəsinə 2,567 milyard manat daxil olmalıdır.  Bu isə 2025-ci ilin göstəricindən 578 milyon manat və ya 29 faiz çoxdur. Vergi Məcəlləsinə görə, sözügedən güzəştlərin tətbiqinə 2019-cu il yanvarından start verilib və 7 il üçün, yəni 2026-cı ilin 1 yanvarına qədər qüvvədə olmalıdır.  Aylıq əmək haqqı məbləği 8000 manatadək olduqda, vergi ödənilmir. Maaşın məbləği 8000 manatdan çox olduqda isə, həmin həddən yüksək...
Ölkə

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub 

17 Sentyabr 2025

Foto: açıq mənbə

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "Report”-un xəbərinə görə, sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. "Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının  müsadirə edilməsi haqda qərar...

Seçilmiş Videolar

Toplum TV loqo