Ölkə

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub 

17 Sentyabr, 2025
39

Foto: açıq mənbə

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Report”-un xəbərinə görə, sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

"Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının  müsadirə edilməsi haqda qərar verilib. 

Cinayət işində iddia olunur ki, F.Məmmədov Silahlı Qüvvələrin təminatı üçün şirkətlərlə bağladığı müqavilələrdə rəqəmləri şişirtməklə mənimsəməyə yol verib. Onun adı açıqlanmayan şirkətin nümayəndələri olan Xəlilov və Şeydabəyovla birlikdə bu yolla ümumilikdə 14 milyon 550 min manat mənimsədiyi bildirilir. 

Təqsirləndirilən şəxslər, habelə F.Məmmədovun hüquqi varisi kimi çıxış edən oğlu ittihamı rədd ediblər. 

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə),  341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər. 

Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycan hərbi büdcəni artırır 

17 Sentyabr 2025

Foto: Azərtac

Maliyyə Nazirliyi müdafiə və təhlükəsizlik büdcəsini 318 milyon manat artıraraq 2026-cı ildə ümumilikdə 8,7 milyard manata çatdırmağı planlaşdırır.  Bu rəqəm nazirliyin sentyabrın 16-da dərc olunan hesabatında öz əksini tapıb. Təsdiq olunacağı təqdirdə, ümumi büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin payı 21% təşkil edəcək.  "Report.az"ın məlumatına görə, 2026-cı il üçün dövlət büdcəsinin ümumi gəlirləri 38,4 milyard manat, xərcləri isə 42 milyard manat olaraq proqnozlaşdırılır. Azərbaycanın hərbi büdcəsini artırmaq planı Ermənistanla sülh prosesində baş verən irəliləyişlərdən sonraya təsadüf edir.  Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Həmçinin, Azərbaycan, Ermənistan və ABŞ liderləri dövlətlərarası...
Ölkə

"Qarabağ" səfərdə "Benfika”nı məğlub edib

17 Sentyabr 2025

Foto: Reuters

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib. Sentyabrın 16-da Qarabağ" futbol klubu səfərdə Portuqaliyanın "Benfika" klubunun qonağı olub.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.     Oyundan sonra “Benfika” baş məşqçisi Brunu Laj ilə yollarını ayırıb. Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.         O, bunun üçün təəssüfləndiyini bildirib.

Seçilmiş Videolar

Toplum TV loqo