Ölkə

Qaçaqmalçılıqla qızıl gətirən gömrükçülər azadlığa buraxılıb

25 İyun, 2025
89

Foto: açıq mənbə

Dubaydan Azərbaycana qaçaqmalçılıq yolu ilə 190 min manat dəyərində qızıl gətirməkdə ittiham olunan gömrükçülərin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev və Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimova hökm oxunub. 

Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 190 min manat dəyərində olan 5 qızıl külçəni qaçaqmalçılıq yolu ilə gömrükdən keçiriblər. Onlar ötən ilin avqustunda həbs olunublar. 

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərə verilmiş ittihamların məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapdığını bildirib, lakin onları yalnız şərti azadlıqdan məhrum edib. 

Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. 

Azərbaycanda 2023-cü ilin noyabrından 20-dən çox jurnalist və vətəndaş cəmiyyəti üzvü qaçaqmalçılıq ittihamı ilə həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

““Abzas”çılar və Bəhruz Səmədova oxunan hökmlər olan-qalan müstəqil mediaya son qoymaqdır” 

24 İyun 2025

Foto: Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb.  Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”.  Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.  “Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, - deyə təşkilat çağırış edib.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il...
Ölkə

Xüsusi karantin rejimi yenə uzadıldı

23 İyun 2025

Foto: sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadıldı. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 2025-ci il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Seçilmiş Videolar

Toplum TV loqo