Dünya

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırır

25 İyun, 2025
784

Foto: Reuters

İran parlamenti iyunun 25-də Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarət qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. 

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bu addım İranla İsrail arasında İranın nüvə proqramı üstündə baş vermiş hərbi münaqişədən sonra atılıb. 
İsrail və ABŞ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istədiyini və buna nail olduqlarını bildirib. Artıq atəşkəslə başa çatan münaqişənin gedişində ABŞ ordusu İranın nüvə obyektlərini bombalayıb. 

İran isə nüvə obyektlərinin böyük zərər görmədiyini, uran zənginləşdirməyə davam edəcəyini deyir. 
Qanun layihəsi qüvvəyə minməsi üçün İranın Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Layihəyə əsasən, AEBA-nın gələcəkdə ölkədə həyata keçirəcəyi istənilən yoxlama yalnız İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə mümkün olacaq.

Parlament sədri Məhəmməd Baqir Qalibaf qanun layihəsinin müzakirəsində bildirib ki, İran mülki məqsədlərlə nüvə proqramını sürətləndirəcək. 

Tehran nüvə silahı əldə etməyə çalışdığını təkzib edir və AEBA-nın bu ay qəbul etdiyi, İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozduğunu dediyi qətnamənin İsrailin hücumlarına zəmin yaratdığını vurğulayır. 

Qalibaf bildirib ki, AEBA İranın nüvə obyektlərinə edilən hücumu qınamaq üçün “ortalığa çıxmadı və öz beynəlxalq nüfuzunu satışa çıxarmış oldu”. “Buna görə də, İran AEBA ilə əməkdaşlığı dayandıracaq və dinc nüvə proqramını daha sürətli şəkildə irəli aparacaq – ta ki nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər”, - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski: “İran müharibənin ilk günlərindən Rusiyaya silah və dronlar verib”

27 İyul 2026

President.gov.ua

Ukrayna prezidenti Volodimir Zelenski İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə görə Kiyevin cavab verməli olacağı barədə xəbərdarlığına münasibət bildirib. Zelenski “Sky News”-a müsahibəsində deyib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Moskvanı pilotsuz uçuş aparatları (PUA), silah və hərbi texnologiyalarla dəstəkləyib. Onun sözlərinə görə, Tehran müharibənin ilk ilində Rusiyaya minlərlə "Şahed" dronu göndərib, daha sonra isə həmin dronların Rusiyada istehsalı üçün texnologiya və lisenziyalar təqdim edib. Zelenskinin açıqlaması İranın xarici işlər naziri Abbas Əraqçının Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbənin "cavabsız qalmayacağı" barədə bəyanatından sonra səslənib. İran tərəfi bildirib ki, hücum nəticəsində kommersiya gəmisində partlayış baş verib....
Dünya

Putin: "Qərb Rusiyaya qarşı sanksiyaların sayında rekord qırır, amma özlərinə zərər verir"

27 İyul 2026

kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) ölkəsinə qarşı qəbul etdiyi sanksiyalardan danışıb.  O, iyulun 27-də Dumada çıxışı zamanı deyib ki, Qərb ölkələri bu sanksiyalarla rekord qırır. "İki meyar üzrə rekord qırırlar: həm tətbiq edilən sanksiyaların sayına görə, həm də onların faydasızlığına görə. Bu sanksiyaların vurduğu zərər isə ilk növbədə onların müəlliflərinə və təşəbbüskarlarına, eləcə də bəzi Avropa ölkələri və digər dövlətlərin xalqlarına dəyir", - o əlavə edib.  Putin çıxışının digər hissəsində Ukraynada davam edən müharibəyə toxunaraq deyib ki, ölkəsi "qarşıya qoyulan bütün məqsədlərə çatacaq".  İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket çərçivəsində 48 fiziki və...

Seçilmiş Videolar

Toplum TV loqo