Foto: Reuters
ABŞ kəşfiyyatının ilkin analizləri İranın nüvə proqramının tam məhv edilmədiyindən xəbər verir.
Bunu “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib.
Pentaqonun nəzdində olan Müdafiə Kəşfiyyatı Agentliyinin ilkin hesabatına əsasən, iyunun 22-də İranın üç nüvə obyektinin ABŞ ordusu tərəfindən bombalanmasına baxmayaraq, nüvə proqramının əsas komponentləri məhv edilməyib və proqram yalnız bir neçə ay geriyə düşüb.
Nüvə obyektlərinə dəyən ziyanın İranın nüvə proqramına təsirinin təhlili hələ davam edir və daha çox kəşfiyyat məlumatı əldə edildikcə dəyişə biləcəyi bildirilir. Lakin ilkin nəticələr Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə və büsbütün məhv edildiyini” iddia etməsi ilə ziddiyyət təşkil edir.
Hesabat ilə tanış olan iki mənbə “CNN”-ə bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı da məhv edilməyib. Mənbələrdən biri qeyd edib ki, kəşfiyyatın qiymətləndirməsinə görə, zənginləşdirilmiş uran ABŞ-ın zərbələrindən əvvəl obyektlərdən çıxarılıb.
İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayan münaqişə iyunun 22-də ABŞ-ın bu obyektlərə bomba atması ilə pik həddə çatıb.
İyunun 24-dən isə İran və İsrail arasında atəşkəs barədə razılığa gəlinib.
İsrail “Qalxan Şir” adını verdiyi əməliyyatın bütün hədəflərinə çatdığını desə də, İran nüvə obyektlərinin salamat olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: EPA/EFE
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb