“Bu gün azadlıq tərəfdarları ilə irtica təfəkkürü arasında mübarizə gedir”
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli İnsan Hüquqları günü ilə bağlı ictimaiyyətə təbrik məktubu ünvanlayıb.
O, bu gün Azərbaycanda insan hüquqları, demokratiya və azadlıq tərəfdarları ilə irtica təfəkkürü arasında mübarizə getdiyini bildirir:
“Bu mübarizənin hansı tərəfində yer almağımız, təkcə özümüzün yox, həmçinin yaşadığımız ölkənin və cəmiyyətin gələcək taleyini müəyyən edəcək.
Bu gün həqiqətləri inadla görməzdən gələn irticaçı təfəkkür, artıq zamanı yetişmiş düşüncələrin qarşısını həbslə və təzyiqlə alacağını düşünür. İnsan hüquqlarını və azadlığını inkar etməkdən, hər vəcdlə bu hüquq və azadlıqları tapdamaqdan çəkinmir. Bu addımları atarkən bizi mədəni və inkişaf etmiş dünyanın bir parçası olmaqdan məhrum etdiyini, öz orta əsr təfəkkürü ilə müasirlik qarşısında gülünc vəziyyətə saldığının fərqinə varmır”.
Ruslan İzzətli Azərbaycanda insan hüquq və azadlıqları uğrunda aparılan mübarizəni alqışladığını deyir. O hesab edir ki, şərtlər nə olursa olsun, azadlıq, demokratiya və insan ləyaqətinə əsaslanan cəmiyyət inşa etmək üçün aparılan mübarizədə qalib gəlinəcək.
Ruslan İzzətli “Toplum TV işi” üzrə həbs edilənlərdən biridir.
Bu il martın 6-da Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun ofisində axtarış aparılıb, ofisləri möhürlənib. Bu cinayət işi üzrə qaçaqmalçılıq ittihamıyla ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7-si haqqında həbs qətimkan tədbiri seçilib, 2-si polis nəzarətinə verilib. Özləri ittihamın saxta olduğunu bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Naxçıvan TV
FHN
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub