həftə.az
İmişlidə iki məktəblinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olan qəza ilə bağlı rayon sakini, 17 yaşlı Bəylər Bayramlı həbs edilib, Baş Prokurorluq bildirir.
Məlumatda deyilir ki, adıçəkilən şəxs YPX avtomobili ilə toqquşan “Mercedes Benz” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib. Onun yol hərəkəti qaydalarını pozaraq iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq qaçmasına əsaslı şübhələr müəyyən edildiyi bildirilir.
Bəylər Bayramlının barəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Onun həbs edildiyi bildirilir.
Yanvarın 18-də İmişlidə yol polisinin yüksək sürətlə hərəkət edən avtomobili iki məktəblinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olub.
Qəza ilə bağlı cinayət işi açılıb. Hadisə rayonda narazılıqla qarşılanıb, etirazlar başlayıb. Az sonra etirazçılardan bəziləri saxlanılıb. Onların sayı açıqlanmır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Səhiyyə Nazirliyi: “Meymunçiçəyini uşaqlar, hamilələr, xroniki xəstələr və yaşlılar ağır keçirə bilər”
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib