Ölkə

Səhiyyə Nazirliyi: “Meymunçiçəyini uşaqlar, hamilələr, xroniki xəstələr və yaşlılar ağır keçirə bilər”

21 Yanvar, 2025
24

açıq mənbədən götürülüb

Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları, ummunçatışmazlığı, açıq yaralı dəri səthi olan insanlarda daha yüksəkdir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bu haqda APA-ya bildirib.

Onun sözlərinə görə, xəstəliyi kiçik yaşlı uşaqlar, hamilələr, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər.

T.Eyvazov xəstəliyin əksər sağlam insanlarda yüngül keçdiyini və ona yoluxanların qısa müddətdə sağaldığını qeyd edir.

İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 günlük gizli dövrdən sonra başlayır: 

“Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək, asqıraq, mədə-bağırsaq əlamətləri –disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir”. 

T.Eyvazovun sözlərinə görə, dəri səpkiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. 

“Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir, ovuclara və ayaq altlarına, ağız boşluğunun selikli qişaları, cinsiyyət orqanları, konyunktiva, buynuz qişanın zədələnməsi rast gəlinir”, o əlavə edir. 

Həkim meymunçiçəyinin adətən 2-4 həftə davam etdiyini, ancaq uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə biləcəyini vurğulayır.

Təyyar Eyvazov diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar.

Azərbaycanda bir neçə gün öncə meymunçiçəyinə ilk yoluxma halının olduğu bildirilib. 22 yaşlı Azərbaycan vətəndaşı yanvarən əvvəllərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən sonra onda meymunçiçəyi aşkarlanıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İmişlidə naməlum şəkildə xəsarət aldığı deyilən şəxs xəstəxanada ölüb

21 Yanvar 2025

sosial media

İmişlidə naməlum şəraitdə xəsarət aldığı deyilən şəxsin xəstəxanada öldüyü bildirilir, xəbəri APA yayıb.  Ölən şəxs İmişli rayon Qaralar kənd sakini, 1979-cu il təvəllüdlü Cahangir Ələkbər oğlu Xudiyevdir. Qeyd olunur ki, C. Xudiyev ötən gün axşam saatlarında yaşadığı evin qarşısında kəllə-beyin travması ilə aşkarlanaraq rayon xəstəxanasına yerləşdirilb. Bu gün səhər saatlarında isə xəstəxanada həyatını itirdiyi bildirilir. Cahangir Xudiyevin hansı şəraitdə xəsarət aldığı barədə məlumat verilməyib. Faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparıldığı qeyd edilib. Azadlıq Radiosu yanvarın 20-də İmişli sakinlərinə istinadla xəbər yaymışdı ki, ötən şənbə rayonda yol polisinin törətdiyi və iki azyaşlının ölümü ilə nəticələnən qəzadan sonra başlamış etirazlarda saxlanılan şəxslərə...
Ölkə

Bu il Həcc ziyarətinə getmək 10 min 115 manata başa gələcək

21 Yanvar 2025

açıq mənbədən götürülüb

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Bildirilib ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 dollar (10 115 manat) təşkil edir. Ötən il isə bu məbləğ 5750 dollar (9 775 AZN) idi.  

Seçilmiş Videolar

Toplum TV loqo