Siyasət

İmişlidə saxlanılan etirazçılara işgəncə verildiyi deyilir

21 Yanvar, 2025
16

açıq mənbədən götürülüb

Yanvarın 18-də İmişlidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra etirazlarda iştirak edənlərə işgəncələr verildiyi bildirilir.

"Saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub", saxlanılan şəxslərin yaxınları Azadlıq Radiosuna belə deyirlər.

Hadisədən sonrakı günlərdə rəsmi qeyri-iş günü olsa da, İmişli rayon Məhkəməsinin işlədiyi bildirilir.

Rayon sakinlərindən biri saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarıldığını söyləyib.

Həmçinin ətraf rayonlardan İmişliyə xeyli polis gətirilməsi haqda da xəbərlər var.

"Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın edib, qanunsuz axtarış aparırlar. Axtardıqları şəxsi tapmayanda ailə üzvləri təhdid olunur. Bəziləri elə evinə qayıdarkən küçədə ikən tutulub. "İstefa" qışqıranları elə döyüblər ki, indi bir çoxu yatağa düşüb, bədənləri qapqaradır. Saxlanılanların bəziləri barədə yaxınları hələ də məlumat ala bilmədiklərini deyirlər", rayondakı mənbə bildirir. 

Daxili İşlər Nazirliyindən saxlanılanlara işgəncə verilməsi ilə bağlı deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. 

Yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan iki azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Apellyasiya Məhkəməsi Azər Qasımlının barəsindəki hökmü qüvvədə saxladı

21 Yanvar 2025

Azər Qasımlı şəxsi arxivi

Bu gün Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.  Onun vəkili Aqil Layıc deyib ki, A. Qasımlı öz həbsini qanunsuz hesab edir və cinayət törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirir. Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Özü ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.  Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə...
Siyasət

İlham Əliyev Donald Trampa: “İnanıram ki, iki ölkə arasında münasibətlər yeni məzmun kəsb edəcək”

21 Yanvar 2025

Globalinfo

Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. O, Trampın yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib.  Əliyev iki ölkənin milli təhlükəsizlik maraqları əsasında beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında edilən əməkdaşlığa da toxunub. “...ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo