Region

Rusiya Ermənistandan balıq idxalını da məhdudlaşdırır

1 İyun, 2026
52

Açıq mənbə

Rusiya Ermənistandan diri balıq və balıq məhsullarının idxalını məhdudlaşdırır. 

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") qərar verib. 

Qərara əsasən, iyunun 2-dən etibarən "Rosselxoznadzor"un yoxlamasından uğurla keçmiş iki şirkət istisna olmaqla, Ermənistan şirkətlərindən alınan diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılması dayandırılır. 

Qərarın "Rosselxoznadzor" mütəxəssislərinin Ermənistanda balıq emalı müəssisələri və alabalıq yetişdirilməsi üzrə təsərrüfatlarda apardıqları yoxlamaların nəticələrinə əsasən qəbul edildiyi bildirilir. Qurumun qeyd etdiyinə görə, müəssisələrin yarısı, ümumiyyətlə, yoxlamadan keçməkdən imtina edib.

"Rosselxoznadzor" mayın 30-dan Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalını dayandırıb. Daha öncə isə Ermənistandan gül, mineral su və konyak idxalına müvəqqəti qadağa qoyulub.

Siyasi müşahidəçilər isə bunu daha çox Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi hökumətə təzyiqi kimi qiymətləndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...
Region

Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib

18 İyun 2026

Sosial media

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib. “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir. Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir.  Bildirilir ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur. Vəkili Aram Orbelyanın sözlərinə görə, işlərdən biri 2004-cü ildə "Master-Class" tennis kortunun sahibi olan şirkətlə torpaq sahəsinin icarəsinə dair bağlanmış müqavilə ilə bağlıdır. Vəkil bildirib ki, Koçaryanın...

Seçilmiş Videolar

Toplum TV loqo