Siyasət

ABŞ Azərbaycanı İranın “təhdidlərindən” qorumaq niyyətindədir

11 Noyabr, 2022
2587

Rəsmi səhifə

"İranın region üçün təhdid olduğu ABŞ-a yaxşı aydındır".

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində deyib. 

Brifinqdə jurnalist Praysa sual ünvanlayıb: "İran Azərbaycan kimi qonşu ölkələrlə bağlı ritorikasını gücləndirir. Son vaxtlar hədələyirlər, Azərbaycanı İran ərazisində terror aktı törətməkdə də ittiham ediblər. İran qonşu ölkələrə qarşı ritorikasını davam etdirsə, ABŞ onları qoruya biləcəkmi?” 

Praysa bu suala cavabında bu həftənin əvvəlində ABŞ dövlət katibinin azərbaycanlı həmkarı ilə görüşdüyünü xatırladıb: "İranın region üçün təhlükə olduğu bizə yaxşı aydındır. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəhayət, İranın öz regionunda və ola bilsin ki, onun hüdudlarından kənarda sabitliyi pozan təsirinə qarşı durmağa davam edəcəyik”.

https://toplum.tv/siyaset/ilham-eliyev-40-milyon-azerbaycanli-oz-ana-dilinde-tehsil-almaq-imkanindan-mehrumdur

Xatırladaq ki, İran hakimiyyəti Şirazda Şah-Çərəx məqbərəsində 13 nəfərin həlak olduğu, 40-dan çox insan yaralandığı terror aktının Azərbaycan vətəndaşı tərəfindən təşkil olunduğunu bəyan edib. İddiaya görə, o, Tehrana çatan kimi dərhal İŞİD qruplaşmasının Əfqanıstandakı nümayəndələri ilə əlaqə saxlayıb və İranda olduğunu onlara bildirib. Məsciddəki terror aktında Əfqanıstan və Tacikistan vətəndaşlarının da iştirak etdiyi qeyd edilib. 

Rəsmi məlumata görə, ümumilikdə, Şah-Çeraxa hücumda şübhəli bilinən 26 nəfər saxlanılıb.

Bu gün, noyabrın 11-də İranın Xarici İşlər Nazirliyi "anti-İran təbliğatına görə" Azərbaycan səfirini çağırıb.

Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb. 

" İran Xarici İşlər Nazirliyi cümə axşamı Azərbaycan Respublikasının Tehrandakı səfirini ölkə rəsmiləri və mediasının İslam Respublikasına qarşı davam edən təbliğat kampaniyasına etiraz etmək üçün quruma dəvət edib. 

Nazirlik Azərbaycanın yüksək səviyyəli rəsmilərinin “qeyri-dost ifadələrinə” və ölkənin mediasının İrana qarşı apardığı kampaniyaya kəskin etirazını bildirib, bu cür hərəkətlərə dərhal son qoymağa və onların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb", - deyə məlumatda bildirilib. 

IRNA iddia edir ki, görüşdə Azərbaycan səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və İranın etirazını dərhal Bakıdakı hakimiyyət orqanlarına çatdıracağına söz verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo