Siyasət

"Amnesty International" Dağlıq Qarabağda yaşlı insanların hüquqlarının pozulduğunu deyir

17 May, 2022
2417

Əhməd Muxtar

"Onillər boyunca Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə insanlar üçün iztirab mənbəyi olub".

"Turan"ın məlumatına görə, bu fikirlər “Amnesty International»-ın bu gün, mayın 17-də dərc edilmiş məruzələrindən birində yer alıb.

"Ən son qaçış: Dağlıq Qarabağda münaqişə zamanı yaşlı insanların məcburi köçürülməsi və onlara qarşı hərbi cinayətlər" sərlövhəli birinci məruzədə ermənilərin hüquqlarının pozulmasından bəhs edilir.

"Azərbaycanda yaşlı insanlar üçün məcburi köçkünlük və qayıdışa hazırlıq necə keçir" adlı digər məruzədə isə yaşlı azərbaycanlıların çəkdiyi əziyyətlərdən bəhs edilir.

"Dağlıq Qarabağ münaqişəsi silahlı münaqişə zamanı yaşlı insanların hansı xüsusi risklərlə qarşılaşdıqlarını göstərir. Çox vaxt onlar ən sonda qaçırlar, sonra isə onillər boyunca müharibənin nəticələrini yaşayırlar", - deyə məruzədə qeyd edilib.

Hüquq-müdafiə təşkilatı vurğulayır ki, münaqişənin davam edə biləcəyi yüksək gərginlik şəraitində Ermənistan və Azərbaycan hakimiyyəti yaşlı insanların müdafiəsini prioritet vəzifəyə çevirməli və onların hüquqlarını, mənzil və sağlamlıq hüquqlarını qorumaq üçün maksimum səy göstərməlidir.

"Bütün köçkünlər ilkin yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququna malikdirlər. Yaşlı insanların üzləşdiyi xüsusi risklər nəzərə alınmalıdır. Azərbaycan hakimiyyəti onların lazımi mənzil və digər insanlarla eyni şəkildə qazanc əldə etmək imkanı ilə təmin edilməsi üçün ondan asılı olan hər şeyi etməlidir", - deyə, təşkilat əlavə edir.

"Amnesty International" hesab edir ki, Ermənistan qüvvələrinin mülki obyektləri məhv etməsi və vətəndaşların əmlakını müsadirə etməsi, habelə yerüstü minalardan geniş istifadəsi beynəlxalq humanitar hüquq normalarının pozuntusudur: "Bu pozuntular nəinki köçkünlərin qayıtmaq hüququnu həyata keçirməsinə mane olur, həm də Azərbaycanın məcburi köçkünlərin münaqişənin əhatə etdiyi rayonlara köçürülməsi üzrə səylərinə ciddi maneə törədir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo