Siyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 qərar verib

25 May, 2022
2134

Reuters

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycanla bağlı daha 3 qərarı elan edib.

Qərarları “aihmaz.org” saytı dərc edib. 

Məlumatda bildirilir ki, qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

“Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub.

O, həmçinin bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edib.

Sözügedən işdə tərəflər dostca anlaşıb.

Anlaşmaya görə, hökumət mənəvi zərərə görə ərizəçiyə 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir.

“Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işindəki 5 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləridir.

Onlar 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılıb.

Bir gün sonra məhkəmə qarşısına çıxarılıb, dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar.

Şikayətləri yuxarı məhkəmələrə rədd edilən ərizəçilər AİHM qarşısında iddia ediblər ki, şəxsi həyata hörmət (dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrı-seçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə olub.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb.

Mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib.

Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də, AİHM bəyannaməni əsas götürüb.

Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.

“Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırıb.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo