Siyasət

Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib

9 İyun, 2026
376

RFE/RL

“Azel TV” saytının baş redaktoru, jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib.
Əfqan Sadıqovun vəkili Nemət Kərimli “Qəzetçi”yə bildirib ki, 2024-cü ildə Baş Prokurorluqda başlanılmış və sonradan xitam verilmiş cinayət işi yenidən icraata qaytarılıb.

Vəkilin sözlərinə görə, cinayət işi üzrə zərərçəkən qismində tanınan şəxslər Baş Prokurorluğun xitam qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət veriblər. Məhkəmə iyunun 8-də keçirilən iclasda şikayətə baxaraq onu təmin edib və xitam qərarını ləğv edib. Bununla da Əfqan Sadıqov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.

Nemət Kərimli qeyd edib ki, həmin gün keçirilən digər məhkəmə iclasında Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

“Azel TV” internet kanalının yaradıcısı Əfqan Sadıqov barəsində 2024-cü ilin mayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanmışdı.

İstintaq materiallarına əsasən, Əfqan Sadıqovun Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Səttar Əliyevdən və Xəzərkənd bələdiyyəsinin sədri Fətulla Muradovdan hədə-qorxu yolu ilə pul tələb etdiyi iddia olunub. Sonradan iş üzrə zərərçəkən qismində hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışan Elnur Azadxanov da tanınıb.

Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs və Azərbaycana ekstradisiya qərarı çıxarsa da, sonradan Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın həyata keçirilməsini dayandırıb.

Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. Aprelin 3-də isə Tbilisi Şəhər Məhkəməsi həmin qərarı əsas götürərək Əfqan Sadıqovun Gürcüstanı tərk etməsinə tətbiq edilmiş məhdudiyyəti aradan qaldırıb.

Bununla belə, 2026-cı il aprelin 4-də Əfqan Sadıqov Tbilisidə yaşadığı ünvandan götürülərək Azərbaycana gətirilib. Bu hadisə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan tərəfinin hərəkətlərinə dair narahatlığını ifadə edən açıqlama yayıb.
Əfqan Sadıqov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, təqibin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo