Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb
VOA
Azərbaycan hökuməti bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb, onlara təzminat ödəməyə razılaşıb.
Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb. Hüquqlarının pozulduğunu iddia edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət ediblər.
Şikayətçilər ərizələrində ölkədə dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bununla bağlı şikayətlərinə isə baxılmadığını bildiriblər. Ərizəçilər məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulmasının tanınmasını istəyiblər.
Azərbaycan hökuməti isə AİHM-lə kommunikasiya mərhələsində şikayətçilərin hüquqlarının pozulduğunu etiraf edib. Hökumət ərizəçilərin hər birinə dəymiş mənəvi ziyana görə 1800 avro, hüquqi xərclər üçün isə 250 avro kompensasiya ödəməklə bağlı öhdəlik götürüb.
AİHM tərəflər arasındakı razılaşmanı nəzərə alaraq şikayətlərin baxılan işlər siyahısından çıxarılmasına qərar verib.
Azərbaycanda sərbəst toplaşmaq azadlığı konstitusion hüquq olsa da, polis və icra orqanları bunun üçün ilk növbədə icazə almaq lazım olduğunu deyir. Son illərdə isə paytaxtda müxalifətin mitinqlər keçirilməsinə icazə verilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”