Siyasət

Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti üzrə icraatı bərpa edib

23 Oktyabr, 2022
2026

Rəsmi səhifə

Baş Prokurorluq Xədicə İsmayılovaya qarşı qaralama kampaniyasının günahkarlarını tapmaq üçün cinayət araşdırmasını bərpa edib

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev "Facebook" səhifəsində məlumat yayıb.

Xalid Ağaliyev bildirir ki, araşdırmaçı-jurnalist Xədicə İsmayılova 2010-11-ci illərdə, ölkə başçısının ailə üzvlərinin var-dövləti barədə araşdırmalarının yayımlanmasının ardınca təhdid, təhqirlərlə üzləşmişdi. Bu kontekstdə hakim siyasi partiyanın nəzarətində olan “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc etmişdilər. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılmışdı. Jurnalist hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməmişdi – prokurorluq “Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlamış, ancaq həmin icraat 17 avqust 2015-ci ildə dayandırılmışdı. Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də araşdırmalar bərpa edilməmişdi…

"X.İsmayılovanın şikayətləri üzrə yerli hüquq mühafizə qurumlarının, məhkəmələrin qərarları Avropa Insan Haqları Məhkəməsi qarşısında mübahisələndirilmişdi. Əlaqəli qurumların jurnalistin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, jurnalistin başına gələn olaylarla bağlı təsirli araşdırma aparmaması qənaətinə gələn AİHM, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulmasına qərar vermişdi. 

Avropa Şurası Nazirlər Komitəsi həmin qərarların icra durumunu sonuncu dəfə bu il iyun ayında müzakirə edib. Komitə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini “Xədicə İsmayılovaya qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa,… bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə” çağırmışdı.

Komitənin bu qərarından 4 ay sonra, 10 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə 17 avqust 2015-ci il tarixli qərara əsasən dayandırılmış cinayət işinin icraatı bərpa edilib. Bu haqda AŞ NK-ya AİHM yanında AR-nın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məktubla məlumat verib.

X.İsmayılovanın şikayəti üzrə AİHM-in qərarı, AŞ NK-nın həmin qərarın icra durumu haqda qətnaməsi, habelə, AİHM yanında səlahiyyətli nümayəndənin məktubuna keçidlər şərh bölməsində yerləşdirilib", - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo