Siyasət

Blinken: "ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir"

26 May, 2022
2379

Reuters

“ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk birgə iclasını alqışlayır”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken özünün “ Twitter” səhifəsində yazıb.

“ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır”, - Blinken bildirib.

Blinken ötən gün Ermənistanın Baş Naziri Nikol Paşinyanla telefon danışı zamanı bildirib ki, "sərhədlərin delimitasiyasına və demarkasiyasına ABŞ-ın yardımını təklif edib və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyiş əldə etməyə çağırıb.

Blinken həmçinin Cənubi Qafqazdakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın prezident Əliyev və baş nazir Paşinyan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini təsdiq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo