Siyasət

Dünya tarixində qətliamlar və soyqırımları – Azərbaycan

31 Mart, 2021
2385

Açıq mənbələrdən götürülüb

Azərbaycanda soyqırımı kimi tanınan hadisələr 

Mart soyqırımı

31 mart soyqırımı - 1998-ci ildən bəri 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 

1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə yaşayan, o cümlədən Bakı Sovetinin və Daşnaksütun Partiyasının erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədib. Nəticədə 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində Mart soyqırımı haqqında belə yazılır: "Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejimi Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, Müsavat Partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi". 

Açıq mənbələrdən götürülüb

Ensiklopediyada həmçinin qeyd olunur ki, Mart soyqırımında Daşnaksütun silahlılarının bolşeviklərin zərbə qüvvəsini təşkil edib. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıya gətirilib. 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf edib ki, Bakı əhalisinin milli tərkibi onu çox qorxudurmuş və buna görə də erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzmiş. 

Hadisələr müsəlman zabitlərin olduğu "Evelina" gəmisinin tərksilah olunması ilə başlayıb. Ermənilər Rus Milli Şurası, eser və menşevik partiyaları, o cümlədən matroslar arasında belə bir şayiə yayıblar ki, guya "Evelina" ilə Lənkərana gedən zabitlər Muğandakı rus-malakan kəndlərini məhv etmək tapşırığı alıblar. Martın 30-da Bakıda mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradılıb və qurumun təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsinə imkan verilməyib, gəmidəki zabitlər tərk-silah edilib. 

Həmin gün saat 16.40-da erməni kilsəsinin yanında toplaşmış daşnaklar müsəlmanlara atəş açıblar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, "Məmmədli" və sair məhəllələrə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Tsaritsınadan göndərilən 2 təyyarə havadan, hərbi gəmilərsə dənizdən həmin məhəllələri bombalamağa başlayıblar. Yaxşı silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulub sakinləri xəncərlə doğrayıblar, uşaqları yanan evlərin içinə atıblar, körpələri süngüyə keçiriblər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılıb (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild). 

Rəsmi məlumatlara görə, Mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Bolşevik-daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırıb, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələyiblər. 

Ermənilər də eyni ildə türklər tərəfindən soyqırımına məruz qaldıqlarını iddia edirlər. 

“Armenpress”-in yazdığına görə, 1918-ci ildə türk qoşunları Bakıya gəldikdən sonra şəhərdə ikinci ən böyük erməni soyqırımı baş verib və 23 min erməni öldürülüb (1). 

Xocalı sıyqırımı

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının yardımıyla  azərbaycanlıları kütləvi şəkildə məhv edərək Xocalı şəhərini işğal ediblər. 

Rəsmi məlumatlara görə, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmaqla, 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. 

Açıq mənbələrdən götürülüb

Xocalı soyqırımı xarici jurnalistlərin dilindən (2): 

Fransız jurnalist Jan İv Jüne: “Bu gördüklərim həqiqət ola bilməz. Hansı insan oğlu əlləri titrəmədən  ancaq sümükləri qalana qədər bir insanın başını qırxa bilər? Və ya hamilə bir qadının qarnını yarıb, uşağını götürüb süngüləyə bilər? Bir çox müharibə hekayələrini dinlədim, faşistlərin zülmünü eşitdim, amma Xocalıdakı kimi dəhşətə heç yerdə rast gəlmədim”.

Amerikan jurnalist Tomas Qolts: “Cəsədlər, məzarlar… Bəli, hamsına baxa bilməyə ürək lazım idi. Ancaq Xocalıda nə baş verdiyini dünyaya çatdırmaq məcburiyyətində idik. Bəziləri üzlərindən güllələnmişdi, tanınmayacaq halda idilər, bəzilərinin isə baş dəriləri soyulmuşdu”. 

Erməni jurnalist Daud Heriyan: “ Ermənilər cəsədləri gətirirdilər. Son yük maşınında 10 yaşlı bir qız gördüm, başından və əlindən yaralanmış, üzü göyərmişdi. Yaralarına, soyuğa və aclığa baxmayaraq hələ sağ idi. Çox çətin nəfəs alırdı və gözlərində ölüm qorxusu var idi. Tiqranyan adlı erməni əsgər onu cəsədlərin arasına atdı, sonra bütün meyitləri yandırdılar. O an sanki yanmaqda olan ölü bədənlərin içindən bir qışqırıq eşitdim. Edə biləcəyim bir şey yox idi, Şuşaya qayıtdım…” 

Yuri Romanov “Mən savaş çəkirəm” kitabında Xocalı qırğınını belə xatırlayır: “Qarın əridiyi dağ yamacının kölgəsində, saralmış otların üzərində insan cəsədləri var idi. Geniş bir ərazi qadın, qoca və uşaq cəsədləri ilə dolu idi. Ölü cəsədlər arasında nənəsinə sarılan kiçik qız meyiti insanın içini yandıran bir mənzə idi. Başıaçıq, ağsaçlı nənənin yanında balaca bir qız uzanmışdı. Niyəsə onların ayaqları tikanlı məftillərlə bir-birinə bağlanmışdı. Nənənin əlləri də bağlı idi. Hər ikisinin alnında güllə yarası var idi. Təxminən 4 yaşında olan qız həyatının son anında əllərini ölmüş nənəsinə uzatmışdı. Bu mənzərədən o qədər təsirləndim ki, kameranı belə unutdum”.  

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan britaniyalı jurnalist Tomas de Vala müsahibəsində erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını təsdiqləyib. 

Açıq mənbələrdən götürülüb

Jurnalist bunu özünün “Qara Bağ” adlı kitabında qeyd edib. Kitab dərc olunandan sonra Ermənistan tərəfi Tomas de Valı saxtalaşdırmada günahlandırıb. Tədqiqatçını Azərbaycanın əlaltısı olmaqda və qəsdən saxtakarlıqla məşğul olmaqda ittiham edənlər də olub. Həmin müsahibədə S.Sərkisyan Xocalı qırğını haqqında bunları deyib: 

“Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bunu edənlər ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa cür ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatıylaydı, çünki orada OMON var idi, orada nəsə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu” (3). 

Pakistan və Sudan Xocalı soyqırımını qətliam kimi tanıyıblar. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlamentlərində bu hadisə qətliam kimi qiymətləndirilib. ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

1. https://armenpress.am/eng/news/1001414.html
2. https://www.ihh.org.tr/public/publish/0/87/hocali-katliami-baski.pdf 
3. https://carnegieeurope.eu/2012/02/24/president-interview-and-tragic-anniversary-pub-47283 

Yazının əvvəlki hissələrini buradan oxuyun:

Dünya tarixində qətliamlar və soyqırımları -  1-ci hissə

Dünya tarixində qətliamlar və soyqırımları -  2-ci hissə

Dünya tarixində qətliamlar və soyqırımları – 3-cü hissə


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ehud Barak: "Fələstinli olsaydım, mən də terrorçu olardım" 

8 Oktyabr 2025

Foto: Yonatan Sindel

"Al Jazeera" telekanalı İsrailin Qəzzada apardığı müharibənin iki illiyinə həsr olunmuş sənədli film yayımlayıb.  Filmdə İsrailin apardığı müharibəni “müasir dövrün ən amansız müharibələrindən biri” adlandıran avstraliyalı jurnalist Con Lyons mülki əhalinin qətliamının səbəblərini araşdırır. Lyons İsrailin siyasi, hərbi və kəşfiyyat nümayəndələrini onların motivləri barədə danışdırır və iki ildə 66 mindən çox fələstinlinin, o cümlədən 20 mindən artıq uşağın öldürülməsinə başqa alternativin olub-olmadığını soruşur. Sabiq baş nazir Ehud Barak da daxil olmaqla bir sıra hazırki və keçmiş İsrail rəsmiləri ölkələrinin hərəkətlərini özünümüdafiə kimi dəyərləndirirlər. Onlar İsrailin Qəzzada mülki şəxsləri qəsdən öldürdüyünü inkar edirlər.  Buna baxmayaraq, onların bir neçəsi qarşı tərəfi başa...
Siyasət

ABŞ Konqresində Azərbaycana qarşı sanksiya layihəsi irəli sürülüb

8 Oktyabr 2025

Foto: açıq mənbə

ABŞ Konqresmenləri Darrell İssa və Qas Bilirakis “Qafqazda eskalasiyanın qarşısının alınması və tərəfdaşlığın möhkəmləndirilməsi haqqında” (PEACE Act – H.R.5632) adlı qanun layihəsini təqdim ediblər. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini D.İssanın ofisi tərəfindən yayılan bəyanatda bildirilir ki, sənədin məqsədi gələcəkdə Ermənistana qarşı mümkün hərbi təcavüzlərin qarşısını almaq və Tramp administrasiyasının vasitəçiliyi ilə əldə edilmiş Ermənistan–Azərbaycan sülh razılaşmasını möhkəmləndirməkdir. Layihəyə əsasən, Ermənistana qarşı hərbi əməliyyatlara görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə və onların ailə üzvlərinə qarşı sanksiyalar nəzərdə tutulur. Bunlara ABŞ-dəkı aktivlərin dondurulması, ölkəyə giriş qadağası və Azərbaycanın enerji ticarətini asanlaşdıran maliyyə qurumlarına məhdudiyyətlərin tətbiqi daxildir. Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr...

Seçilmiş Videolar

Toplum TV loqo