Siyasət

Ermənistanda Putinin və Kremlin plakatları qoyulur

13 Sentyabr, 2021
2608

Sosial Media

Ermənistanın müxtəlif bölgələrində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Respublika meydanının və Kremlin plakatları yerləşdirilir. 

Bu barədə sentyabrın 13-də Ermənistana məxsus "Bagramyan 26" teleqram kanalı məlumat verib. 

Xəbərdə bildirilir ki, plakatları "Bir əsr boyu birlikdə" və "Bir əsr boyu Rusiya ilə" yazıları da müşayiət edir. 

"Bagramyan 26" teleqram kanalı plakatların meydana çıxmasının Rusiya ilə Belarus arasında imzalanan İttifaq Dövləti müqaviləsinin imzalanması ilə əlaqədar ola biləcəyini ehtimal edir. 

Sentyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə 28 bəndlik Rusiya-Belarus İttifaq Dövlətinin Proqramı haqqında razılıq əldə edildiyini açıqlayıb. 

İqtisadi və sosial sahələrdə inteqrasiyanı təmin edəcək İttifaq Dövlətinin 28 maddədən ibarət proqramı ilə iki ölkə iqtisadiyyatının müxtəlif sahələrini birləşdirmək, ortaq maliyyə və enerji bazarları, ortaq sənaye və kənd təsərrüfatı siyasətinin həyata keçiriləcəyi bildirilib. 

Belarus Prezidenti Aleksanr Lukaşenko müqavilənin imzalanmasından sonra bildirmişdi ki, bu digər MBB ölkələri üçün də nümunə olar bilər:

"Rusiya və Belarus ittifaqı - MDB hüdudlarında yeni birliklərə yola açmaq üçün bir yol və nümunə rolunu oynayacaq", - deyə Lukaşenko vurğulayıb. 

Sosial Media

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo